Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilə bilər.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan Prezidentinin belə bir istəyinin olduğunu açıqlayıb.
“Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm”-deyə, Birinci ledi görüş zamanı bildirib.
Cavabında isə Rusiya Prezidenti bunu məmnunluqla qarşıladığını söyləyib və bunları deyib:
“Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam”.
Etikxeber.az