İlham Əliyevlı Mehriban Əliyeva Nizami Gəncəvi parkında yenidənqurmadan sonra yaradılan şəraitlə-TANIŞ OLDU – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Etikxeber.az xəbər verir ki, Bakının Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.

Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. “Nizami İli”nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidənqurmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.

Bir vaxtlar “Luna Park” adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayan sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidənqurmaya zərurət yaranmışdı. Bu məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.

Qeyd edək ki, 1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və iki mərtəbəli inzibati binalarda əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatrı yenidən qurulub, iki fəvvarə kompleksi və müasir tipli işıqlandırma sistemi yaradılıb.

Parkda müasir söhbətgahlar, müxtəlif ölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıb.

Yay kinoteatrının qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazisində yaşıllaşdırma işləri görülüb, minlərlə ağac-kol və dekorativ bəzək bitkiləri əkilib.

Etikxeber.az

Read Previous

“Sürix sənədlərinin adını dəyişdirib, onu “Əliyev protokolları” kimi İrəvanda ratifikasiya etmək, sonra Zəngəzur mahalında üç dövlət başçısının görüşünü təşkil etmək də olar”-ZAHİD ORUC

Read Next

İTV-nin Yayım Şurasının-TƏRKİBİ DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir