İlham Əliyev:”Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə Pakistana minnətdarıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın müdafiə sənayesi nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev pakistanlı nazirin Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakının önəmini qeyd etdi. Dövlət başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin Azərbaycana səfərini məmnunluqla xatırlayaraq bu səfəri ölkələrimiz arasında səmimi və qardaşlıq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə Davosda keçirdiyi görüşü də məmnunluqla xatırladı. Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin bir-birilərini bütün beynəlxalq təşkilatlarda daim dəstəklədiklərini vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə verdiyi dəstəyə görə qardaş ölkəyə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın da Pakistanı həmişə Kəşmir məsələsində dəstəklədiyini qeyd edərək Pakistanın ölkəmiz üçün dünyada ən yaxın və böyük dost ölkələrdən biri olduğunu dedi.

Dövlət başçısı Azərbaycan ilə Pakistan arasında müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussain yenidən ölkəmizə səfər etməsindən məmnunluğunu bildirdi.

Rana Tanvir Hussain Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin adından Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi. O, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin Prezident İlham Əliyevə olan yüksək ehtiramını məmnunluqla qeyd etdi.

Prezident Ilham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifin dəvətini minnətdarlıqla qəbul etdi.

Etikxeber.az

Read Previous

“Referendum ümumxalq etimadının testi idi və kifayət qədər uğurlu oldu”-YAP

Read Next

MSK: Referendumda 69,7 faiz seçici iştirak edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir