İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana-SƏFƏRƏ DƏVƏT ETDİ – FOTO

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.

Etikxeber.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlandı.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunuldu.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olundu, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulandı.

Dövlətimizin başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.

Dəvət məmnunluqla qəbul olundu.

Etikxeber.az

Read Previous

İlham Əliyev 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə-SƏFƏR ETDİ – FOTO

Read Next

“Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə ölkəmizin inkişafına öz töhfəsini verir”-MOLDOVA PREZİDENTİ – DÖVLƏT BAŞÇISI ANTALYADA ŞİMALİ KİRP TÜRK CÜMHURİYYƏTİ VƏ MOLDOVANIN LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir