İlin ən yaxşı məşqçisi müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2016-cı ilin ən yaxşı məşqçisinin adını açıqlayıb.

Etikxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, keçirilən sorğunun nəticələrinə əsasən, qalib 199 səslə Portuqaliya yığmasının çalışdırıcısı Fernando Santos olub. Belə ki, 62 yaşlı portuqaliyalının rəhbərliyi altında milli komanda son Avropa çempionatında baş mükafata yiyələnib.

Siyahıda ikinci yeri 71 səslə İslandiya millisinin isveçli baş məşqçisi Lars Laqerbark tutub. Almaniya yığmasının baş məşqçisi Yoahim Löv isə 62 səs toplayaraq ilk üçlüyü qapayıb.

Etikxeber.az

Read Previous

“Həqiqi din xadimlərini də reket mollalar hörmətdən salır…” – QURBANLI

Read Next

Yola saldığımız ildə Azərbaycan idmançıları 837 medal qazanıb- NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir