“İlin sonuna kimi bizim postpandemiyadan əvvəlki ÜDM-ə qayıtmağımız nəzərdə tutulub”-MALİYYƏ NAZİRİ BELƏ İDDİA ETDİ

Növbəti ildə dövlət büdcəsində xidmət xərclərimiz azalır. Biz xərclərimizi 400 milyon manat azaldırıq. Digər tərəfdən, dövlət borcumuza baxsanız, müşahidə etməlisiniz ki, digər dövlətlərlə müqayisədə Azərbaycanda dövlət borcu xərcləri də azalır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, dünya miqyasında qlobal borclanma ÜDM-nin 100 %-i həcminə çatıb.

“İnkişaf etmiş ölkələr tərəfindən çox iri həcmli borclanmalar həyata keçirilir. Onların qarşısında əsas məsələ borclanma tsiklindən normala tsiklə necə qayıdacaqları ilə bağlı problemdir. Amma biz daxili borcdan əldə edilmiş vəsaitləri borcun təkrar maliyyələşdirməsinə yönəltmişik. Beləliklə, 2018-ci ildə qəbul edilən dövlət borcunun qaytarılması strategiyasına uyğun olaraq dövlət borcunun strukturunu da dəyişirik. Bunun hesabına xarici dövlət borcu azalır, daxili dövlət borcunun xüsusi çəkisi isə artır. İlin sonuna kimi bizim postpandemiyadan əvvəlki ÜDM-ə qayıtmağımız nəzərdə tutulub. Daxili və xarici dövlət borcumuzun ÜDM-ə nisbəti 20,8 % təşkil edir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

8 noyabr, 9 noyabr və 10 noyabr! Bu günləri yazanlar, yaradanlar, bizlərə bəxş edənlər var olsunlar!-JALƏ ƏLİYEVA YAZDI

Read Next

İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış Suşada Şəhid olan-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ELMƏDDİN NURZALIYEVİN MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ…- FOTO-VİDEO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir