İlin sonuna kimi vəkillərin sayı 1800 nəfərə çatacaq – ANAR BAĞIROV

Ölkəmizdə vəkillərin sayı artmaqdadır. Ümid edirəm ki, ilin sonuna kimiölkəmizdə vəkillərin sayı 1800 nəfərə çatacaq.

Etikxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

A.Bağırov bildirib ki, bu rəqəm daha da çox ola bilər.

“Əvvəlcədən proqnoz vermək çətin olsa da əminik ki, ildən-ilə vəkillərin sayı artacaq.

Əvvəlki illərdən fərqli olaraq bu il “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda edilmiş mütərəqqi dəyişikliyə uyğun olaraq yazılı imtahandan kəsilən namizəd bir il gözləmədən növbəti imtahana qatıla bilər.

Bu da çox yaxşı dəyişiklikdir. Ümumiyyətlə, ölkəmizdə vəkilliyə maraq artmaqdadır.

Hazırda əvvəlki imtahanda iştirak etmiş və uğur qazanmış 175 namizəd şifahi müsahibə mərhələsindədir və onların bir qismi artıq Ədliyyə Akademiyasında kurslara cəlb olunub”.

Etikxeber.az

Read Previous

“Susmaq olmaz!” – SABİQ DEPUTAT VƏ EKS İCRA BAŞÇISINDAN ÇAĞIRIŞ

Read Next

Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlandı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir