İlk dəfə və yenidən seçilən komitə sədrləri-İŞ OTAQLARINI-KABİNETLƏRİNİ DƏYİŞƏCƏKLƏRMİ?

Milli Məclisin (MM) ilk iclasında parlamentin yeni komitə sədrləri və sədr müavinləri seçilib.

Komitə sədrləri və müavinləri içərisində də ilk dəfə seçilənləri də var.

Bəs görəsən, komitə sədrləri, o cümlədən, ilk dəfə seçilənlər kabinetlərini-iş otaqlarını dəyişəcəklərmi?

Etikxeber.az-ın xəbərinə görə, MM-in Regional məsələlər komitəsinin sədri seçilən Siyavuş Novruzov kabinetini-iş otağını dəyişməyəcək.

Əvvəlki iş otağında, İctimai birliklər və dini qurumlar komitəsinin sədri işləyərkən əyləşdiyi kabinetində fəaliyyətini davam etdirəcək.

Regioal məsələlər komitəsi sədrinin iş otağına-keçmiş sədr Arif Rəhimzadənin kabinetinə adıçəkilən komitənin sabiq üzvü və professor Eldar İbrahimovun yerinə Aqrar siyasət komitəsinin sədri seçilən Tahir Rzayev köçəcək.

Eldar İbrahimov isə İntizam komissiyasının yeni sədri kimi, əvvəlik iş otağında-MM-in 7-ci mərtəbəsində yerləşən kabinetində fəaliyyətinə davam edəcək.

MM-in Səhiyyə komitəsinin sabiq sədr müavini və hazırda Əmək və sosial siyasət komitəsinin sədri olan Musa Quliyev yenidən 8-ci mərtəbəyə-keçmiş sədr Hadi Rəcəblinin iş otağına-kabinetinə köçəcək.

Qeyd edək ki, M. Quliyev 4 çağırış MM-də (2000-2020-ci illərdə) Əmək və sosial siyasət komitəsinin üzvü, 2005-2015-ci illərdə isə həm də sədr müavini olub.

5-ci çağırışda isə Səhiyyə komitəsinin sədr müavini seçildiyi üçün Rauf Əliyevlə əvəzlənib, bununla belə, komitədə sıravi üzv kimi təmsilçiliyi qalıb.

Odur ki, 5-ci çağırışda mərtəbəsini və otağını dəyişməli olan M. Quliyev yenidən MM-in 8-ci mərtəbəsinə, sabiq sədrin kabinetinə köçəcək.

Bununla belə, uzun illər Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü olan Zahid Oruc bu dəfə MM-in İnsan hüquqları komitəsinin sədri seçildiyi üçün, həm mərtəbəsini, həm də iş otağını dəyişməli olacaq.

O, bu dəfə MM-in İnsan hüquqları komitəsi sədrinin iş otağına-kabinetinə köçəcək, fəaliyyətini orada davam etdirəcək…

Digər komitə sədrlərindən Səməd Seyidovla Əhliman Əmiraslanov əvvəlki kabinetlərində oturacaq, MM-in Elm və təhsil komitəsinin yeni sədri Bəxtiyar Əliyev isə keçmiş sədr-akademik İsa Həbibbəylinin kabinetinə köçəcək...

Etikxeber.az

Read Previous

“Qapım və telefonum hər zaman açıqdır…” – YENİ MİLLƏT VƏKİLİ – FOTO

Read Next

Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır- BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir