“İlk dəqiqələrdən oyuna düzgün yanaşmalıyıq…” – ROBERTO BORDİN – FOTO

Bizi çətin və maraqlı oyun gözləyir. Rəqibimiz həm İsrail milli çempionatında, həm də Superkubok oyunlarında güclü müdafiəsi ilə seçilir.

Etikxeber.az xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” komandası ilə ilk matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis deyib: “Rəqib sonuncu oyunda “Makkabi”yə qarşı 9-10 nəfərlə müdafiə olundu. Topa daha çox nəzarət etməyə çalışırlar. Komandada fərdi ustalığı yüksək olan futbolçular çoxdur. Ona görə ilk dəqiqələrdən oyuna düzgün yanaşmalıyıq. Sürətli əks-hücumlar edən bir komanda ilə qarşılaşacağıq. Hər mərhələ keçdikcə bizdən gözləntilər də artır. Üçüncü mərhələyədək gəlməyimiz komandamızın əzmkarlığından xəbər verir. Bilmirəm, rəqib hansı taktikanı seçəcək. Bilirəm ki, “Bney Yehuda” Bakıya qələbə üçün gəlir. Müəyyən aparıcı futbolçuları heyətə daxil edilməsə də, komandanın güclü olduğunu bilirik”.

Tulanın “Arsenal” komandası ilə oyundan sonra komandada ruh yüksəkliyinin müşahidə edildiyini vurğulayan mütəxəssis deyib ki, indi irəli baxmaq lazımdır.

Mətbuat konfransından sonra “Neftçi” komandasının media nümayəndələri və azarkeşlər üçün açıq məşqi olub.

Xatırladaq ki, “Neftçi” və “Bney Yehuda” arasında oyun avqustun 8-də – bu gün  saat 21:00-da “Bakcell Arena”da start götürəcək.

Cavab matçı isə bir həftə sonra İsraildə oynanılacaq. Həmin görüş də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

Özünüməşğulluğa cəlb olunmuşlardan geri alınmış əmlak açıq hərracda satılacaq…

Read Next

“Qalatasaray” 16-cı dəfə bu kuboka yiyələndi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir