İlk dəfə bir azərbaycanlı Məclis Parlamentinə, 5 azərbaycanlı vilayət və şəhər məslixatına deputat mandatı əldə edib – SƏFİR

Azərbaycan ilə Qərbi Qazaxıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Uralskda Xalq Assambleyasının üzvləri ilə görüş keçirilib. “Dostluq evi” adlandırılan qərargahda keçirilən görüşdə 16 milli azlığın icma rəhbərləri və Azərbaycan icmasının fəalları iştirak ediblər.

Etikxeber.az-ın məlumatına görə, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 2016-cı ildə keçirilən parlament seçkilərində bu ölkənin müstəqillik tarixində ilk dəfə olaraq bir azərbaycanlı Məclis Parlamentinə, digər 5 azərbaycanlı vilayət və şəhər məslixatına deputat mandatı əldə ediblər. Yeri gəlmişkən, həmin görüşdə azərbaycanlı deputatlardan ikisi iştirak edirdi. Diplomat Uralsk vilayətində yaşayan azərbaycanlılara yaradılan şəraitə görə Qazaxıstan rəhbərliyinə, o cümlədən yerli icra strukturlarının rəhbərlərinə təşəkkürünü bildirib. Vurğulanıb ki, son illər ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələr getdikcə dərinləşir, münasibətlərin inkişafında yeni mərhələ başlanır.

Səfir R.Məmmədov Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə 40-dan çox milli azlıq üçün hərtərəfli şərait yaradılıb. Səfir Uralsk şəhər Xalq Assambleyasının rəhbərliyini Azərbaycan modelini öyrənmək üçün ölkəmizə dəvət edib.

Tədbirdə Azərbaycan icmasının Qazaxıstanın ayrılmaz hissəsi olduğu və bölgənin inkişafına xüsusi töhfə verdiyi vurğulanıb.

Sonra Qərbi Qazaxıstan ilə iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində hərtərəfli müzakirələr aparılıb. Qeyd olunub ki, qazaxıstanlı sahibkarlar üçün Azərbaycanda istehsal olunan məhsullarla tanışlıq məqsədilə silsilə tədbirlər keçiriləcək və bu tədbirlərin təşkilində Xalq Assambleyasının imkanlarından da istifadə olunacaq.

Etikxeber.az

 

Read Previous

“KQB”, Mərkəzi Komitə diktator kimi durmuşdu başımızın üstündə” – ƏHMƏDZADƏ – FOTOLAR

Read Next

Dilçilik İnstitutu teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir