“İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradıldı

Milli Məclisdə (MM) “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradılıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə bu gün MM-in Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli bilirib. İ. Həbibbəylinin rəhbərlik edəcəyi İşçi Qrupuna millət vəkilləri və müvafiq strukturların nümayəndələri daxil edilib. Komitə sədri yaz sessiyasının sonuna qədər qanun layihəsinin hazırlanmasının qarşıya məqsəd kimi qoyulduğunu söyləyib: “İndiyə qədər ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib. Bu sahədə qanun ilk dəfə hazırlanacaq”.

“Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması vacibdir”. Bunu isə komitə sədrinin müavini Bəxtiyar Əliyev deyib.

Ali təhsil haqqında ana xətlərin “Təhsil haqqında” qanunda verildiyini deyən B.Əliyevin sözlərinə görə, son illərdə ali təhsilin keyfiyyəti tamamilə dəyişib. Buna görə də bu təhsil səviyyəsi üzrə ayrıca qanunun hazırlanması lazımdır.

Etikxeber.az

Read Previous

Naxçıvanlı: “283 vətəndaşın müraciəti daxil olub ki, onlardan da…” – YENİLƏNİB

Read Next

“Cəmi 65 min manatımız var və bundan artıq borc qaytara bilməyəcəyik” – FUTBOLÇUNUN OĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir