İlk robot-polis vağzalda təhlükəsizliyə nəzarət edəcək – FOTO

Çinin Henan əyalətinin dəmir yolu vağzalında ilk robot-polis vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Etikxeber.az “RİA Novosti”yə istinadla xəbər verir ki, robot-polis artıq Çjençjou şəhərinin sürətli qatarlar vağzalının gözləmə zalında fəaliyyət göstərir. Təkərlər üzərində hərəkət edən robota sensorlar quraşdırılıb. Robot insanın köməyi olmadan ərazini qoruyur, sərnişinlərin üzünün skan edilməsi və tanınması funksiyasını yerinə yetirir. Bundan başqa, o, sərnişinlərin suallarını cavablandıra, yanğın təhlükəsi barədə xəbərdarlıq edə bilir.

Qeyd edək ki, bir həftə ərzində robot test rejimində işlədikdən sonra axşam növbəsində də çalışacaq.

Etikxeber.az

Read Previous

Prezident Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzaladı

Read Next

Kosovo-Türkiyə oyunu neytral meydanda keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir