Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsinin (həm də Qubanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Qələmşah oğlu Əhədzadənin doğum günüdür.
İlkin Əhədzadənin bu gün-26 iyun 2026-cı il tarixində 41 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az verir xəbər ki, əslən Qubalı, Buduqlu olan İlkin Əhədzadə 1985-ci ilin 26 iyun tarixində, Silahlı Qüvvələr Günündə Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib.
Ailədə 3 övlad, 3 qardaş olublar.
Hər iki qardaşı hazırda ailəlidir.
1992-ci ildə Bakının Səbail rayonunda (“20-ci sahə”də) yerləşən 51 saylı tam orta məktəbə gedib, 2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub.
Ali Hərbi Məktəbi bitirdikdən sonra Gəncədə “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb, Leytenant kimi fəaliyyət göstərib, Ağdam,Naftalan, Goranboy, Qazax, Şəmkir və Daşkəsəndə yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb.
Həmçinin, Qazax və Şəmkirdə bölük komandiri vəzifəsində işləyib.
Daşkəsəndə yerləşən hərbi hissələrdən birində işləyərkən Mayor rütbəsini alaraq, MTO vəzifəsində çalışıb.
2020-ci ilin 27 sentyabr tarixində İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə atılıb.
Müharibənin 5-ci günü, oktyabrın 1-də Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi iki gün sonra, oktyabrın 3-də Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
İlkin Əhəzadə həm də ailəli, üç övlad atası olub.
Üç övladı ailəsinə, Vətənə əmanət qalıb.
Badamdar qəsəbəsində, ailəsinin yaşadığı küçəyə Onun adı verilib.
Eyni zamanda, 51 saylı orta məktəbdə büstü qoyulub.
***
Bu gün həm də Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Elşən Rövşən oğlu Kərimovun Cənnətdəki altıncı doğum günüdür.
Elşən Kərimovun bu gün 25 yaşı tamam olur.
Qeyd edək ki, Elşən Kərimov 2001-ci ilin 26 iyun tarixində, Milli Ordu Günündə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.
7 bacının tək qardaşı olub.
Bacıları ailəlidir.
2007-2018-ci illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbdə təhsil alıb.
Orta təhsilli olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2019-cu ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-bir il üç ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.
Axırıncı dəfə ailəsi ilə oktyabrın 12-də, axşam saatlarında danışıb.
Müharibənin 18-ci günündə, oktyabrın 14-də, axşam saatlarında isə Füzuli istiqamətində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri ailəsinə, atasına 15-i günü-günorta saatlarında bildirilib.
Nəşi bir gün sonra, oktyabrın 16-da Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif edilib.
Həmçinin, ölkə Prezidentinin dünənki-25 iyun 2026-cı il Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Hazırda Qızılhacılı qəsəbəsində-ailəsinin yaşadığı küçə Onun adını daşıyır.
O, həm də subay olub.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!

11:00
***
Bu gün səhər saatlarında Cənnətdəki altıncı doğum günü, 25 yaşının tamam olması ilə bağlı Elşən Kərimovun Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Cənnətdəki altıncı doğum günü təbrik edilib.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Şəhidin məzarını ziyarətdən sonra ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar olunub.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Goranboylu Şəhid ailələri, məktəblilər və digər şəxslər iştirak ediblər.
12:59
***
Eyni zamanda, Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında İlkin Əhədzadənin Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.
Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub, Cənnətdəki altıncı doğum günü, 41 yaşı təbrik olunub, valideynləri-anası Asəmən xanıma və atası Qələmşah Əhədova, eləcə də həyat yoldaşı və övladlarına Allahdan səbr və dözüm dilənib.
Xatirə fotoları çəkdirilib.
Sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Bakılı-Səbailli Şəhid ailələri, hərbçilər, İlkin Əhədzadənin döyüş yoldaşları və digər şəxslər iştirak ediblər.
13:35
***
FOTOLAR:








15:35
***






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





