“İlkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”-RAMİN BAYRAMLI – SON SUTKADA 146 YENİ YOLUXMA, 2 ÖLÜM FAKTI QEYDƏ ALINDI – YENİLƏNİB

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 173 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39524 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37122 nəfər müalicə olunaraq sağalıb, 580 nəfər vəfat edib, aktiv xəstə sayı 1822 nəfərdir.

Ölkədə son sutka ərzində 8780, hazırkı dövrədək isə 1073255 test aparılıb.

***

“Azərbaycanda ilkin mərhələdə əhalinin 20 faizi koronavirusa görə vaksinasiya olunacaq”.

Bunu isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.

R. Bayramlı bildirib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib. O qeyd edib ki, bu həftə sonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq.

R. Bayramlının sözlərinə görə, risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları, eyni zamanda əhalinin yanaşı xəstəliyi olan hissəsi, o cümlədən dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan damar xəstəlikləri, böyrək çatışmazlığı olan və digər xəstəliyi olan şəxslər daxildir.

R. Bayramlı vaksinasiya prosesinin könüllü xarakter daşıyacağını da nəzərə çatdırıb: “Peyvənd olunmuş insanların donor olmasında heç bir problem olmayacaq”.

R. Bayramlı deyib ki, hazırda tədqiqatlar 18-55 yaş qruplarını əhatə edir, gələcəkdə tədqiqatlar daha yuxarı yaş qruplarını əhatə edəcək:

“Aparılan tədqiqatlar göstərir ki, indiyə qədər üçüncü fazada olan, o cümlədən COVAX platformasındakı peyvəndlərin vurulmasında mövcud hepatit və digər xəstəliyi olanlara vurulmasında hər hansı problem olmayacaq. Yanaşı xəstəlikləri olanlar və 65 yaşdan yuxarı olanlar risk qruplarıdır. Bizim ümumi yanaşmamız belədir ki, aşağı yaşlarda, o cümlədən reproduktiv yaşda olanlara vaksin vurulmasın. Bununla bağlı hazırlanan strategiyanın detalları və istehsalçının tövsiyələrini birləşdirilərək əhalimiz məlumatlandırılacaq”.

Etikxeber.az

TƏBİB şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, peyvəndin hansı müddətdə təsirini saxlayacağı da bilinmir: “Ancaq gərək peyvənd bütün mərhələlərdən keçsin, istehsalçı da bu barədə bizə məlumat versin. Yalnız bundan sonra biz dəqiq məlumat verə bilərik”.

Read Previous

“Axı, “kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür” ifadəsi məhz ona məxsusdur…Düşünürük ki, Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır…”-SAHİBƏ QAFAROVA RUSİYADAN ERMƏNİSTANA SƏRT İTTİHAMLAR SƏSLƏNDİRDİ – SPİKER LAVROV VƏ VOLODİNLƏ DƏ BİR ARAYA GƏLDİ – YENİLƏNİB -(6) – FOTOLAR

Read Next

“İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır…”- İlham Əliyevlə Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə-TANIŞ OLDULAR – FOTOLAR YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir