Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov vəMüsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə şikayətə noyabrın 18-də baxılacaq.
Prosesə Əli Seyfəliyev sədrlik edəcək.
Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Etikxeber.az