“İlqar Məmmədovun həbsdən azad olunması dövlət maraqlarımıza da uyğundur ki…” – POLİTOLOQ

“Avropalı diplomatlar üçün İlqar Məmmədovun həbsdən azad olunması prinsipial məsələdir. Açıq deyirlər ki, Azərbaycan hakimiyyəti ilə münasibətlərin inkişafında, ortaq layihələrin həyata keçirilməsində maraqlıdırlar, bunda rəsmi Bakı da maraqlıdır”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” statusunda yazıb.

Onun yazdığına görə, ancaq avropalı rəsmilər və diplomatlar İlqar Məmmədovun həbsinin uzanmasından narahatdırlar və bu narahatlıqlarını daima Azərbaycan rəsmilərinin diqqətinə çatdırırlar.

“Bu illərdə xeyli məhbus əfv olundu, İlqar Məmmədovun da azadlığa çıxıb ailəsinə qovuşmasına haqqı var. Avropa Parlamentindən və AŞPA-dan Qarabağ münaqişəsinin həllinə diqqət tələb edirik, ədalət naminə deməliyik ki, onlar da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib, işğalçının konkret ünvanını göstəriblər. Tək elə Avropa Parlamenti ilə AŞPA-nın bu diqqətinə görə İlqar Məmmədovun həbsdən azad olunması dövlət maraqlarımıza da uyğundur ki, bu mövzu gündəmdən çıxsın və Avropada daha çox Qarabağdan danışsınlar”-deyə, o, daha sonra yazıb.

Etikxeber.az

Read Previous

Baş katibin seçilməsi məsələsi qurumun İrəvan sammitinin gündəliyindən çıxarılıb

Read Next

Deputat atası tərəfindən zəncirlənmiş qızın acı taleyindən yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir