İlyas İsmayılovun oğlu, Sevil Nuriyevanın həyat yoldaşı Türkiyədə qətlə yetirildi – ŞOK -FOTOLAR – YENİLƏNİB

Türkiyədə tanınmış azərbaycanlı iş adamı (və bir zamanlar siyasətlə məşğul olan şəxs) qətlə yetirilib. 

Etikxeber.az  Türkiyə mediasına istinadən xəbər verir ki, biznesmen Etimad İsmayılov İstanbulda öz ofisində güllələnib.

Başından və ürəyindən güllə yaraları alan E. İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

E. İsmayılov  sabiq baş prokuror və eks ədliyyə naziri, keçmiş millət vəkili, tanınmış siyasətçi və dövlət adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

etimad

etimad-2

etimad-1

ilyas iamaysdfgty ailesi haqqinasert

sevilllllll

sevil_nuriyeva_etimad

Türkiyə mediası polisin qətli törətməkdə şübhəli bilinən Gözəl Dəmirov adlı şəxsin saxlanılması məqsədi ilə əməliyyat keçirdiyi barədə məlumat yayıb.

Onu da qeyd edək ki, E. İsmayılov həm də tanınmış telejurnalist və hazırda Türkiyədə fəaliiyət göstərən Sevil Nuriyevanın həyat yoldaşıdır.

***

Türkiyə mediasının yaydığı xəbərə görə, E. İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən və hadisə yerindən qaçan şəxs, bir zamanlar Azərbaycanda polis işçisi olmuş və soyuducu zavodunu işlətmiş iş adamı G. Dəmirov yerli saatla gecə 01:00 radələrində “Beşiktaş” məhəlləsində yaxalanıb.

Onunla birgə adı hələlik açıqlanmayan başqa bir şəxs də saxlanılıb.

Allah səbr versin, Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

UEFA: Çempionlar Liqasında ilk tura yekun vuruldu – NƏTİCƏLƏR – FOTOLAR

Read Next

ATƏT Parlament Assambleyasının sədri də Bakıya gəldi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir