İman Nağıyev Ali Məhkəməyə-GÖNDƏRİLİR…

Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi və Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov vəzifələrindən azad olunacaq.

Etikxeber.az-ın məlumatına görə, bu barədə layihə Milli Məclisə (MM) daxil olub.

Layihəyə əsasən, Səadət Bəktaşi Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin olunacaq.

Həmçinin, Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad ediləcək.

Eyni zamanda Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Zəki Babayev vəzifəsindən azad edilərək, Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev vəzifəsindən azad olunaraq, Ali Məhkəməyə hakim təyin ediləcək.

Etikxeber.az

Read Previous

Sallivan Əliyevlə nəyi-MÜZAKİRƏ ETDİ?

Read Next

MM-in növbəti iclası mayın 21-də olacaq-23 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK, HAKİMLƏRLƏ BAĞLI MƏSƏLƏYƏ BAXILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir