Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir İkinci Vətən Müharibəsi Şəhidinin doğum günüdür.
İmişli rayonundan olan İkinci Qarabağ Savaşı Şəhidi Şaiq Vidadi oğlu Teymurovun da bu gün Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Şaiq Teymurovun bu gün 32 yaşı tamam olur.
Etikxeber.az xəbər verir ki, Şaiq Teymurov 1992-cı ilin noyabr ayının 6-da İmişli rayonunun Aranlı kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin 5 övladından, iki qardaşdan biri olub.
1999-2010-cu illərdə Aranlı kənd Yusif Sadatxanov adına tam orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, 2011-2013-cü illərdə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib və Əsgərliyini başa vuraraq, ailəsinə dönüb.
O, həm də idmanla məşğul olub.
Bir müddət İmişli və Bakıda müxtəlif sahələrdə fəhlə işləyib.
Sonra, 2020-ci ilin yanvarında həyatını yenidən Ordu, hərb ilə bağlayıb, MAXE-kəşfiyyatçı kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsində də MAXE kimi iştirak edib və müharibənin elə günündə, sentyabr ayının 27-də Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb.
28 yaşında qəhrəmancasına Şəhid olan Şaiq Teymurov iki gün sonra, sentyabrın 29-da Aranlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Şaiq eyni zamanda, Aranlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
O, həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az