Zahid Orucla bəzi deputatlar arasında gərginlik yarandı
Noyabrın 2-də Milli Məclisin (MM) növbəti plenar iclasında məhkəmələrə yeni hakimlərin namizədliklərinin təsdiqlənməsi ilə bağlı 7 məsələ müzakirəyə çıxarılıb.
Etikxeber.az-ın xəbərinə görə, müzakirələr zamanı millət vəkili Zahid Oruc bildirib ki, ölkədə alternativ cəzaların sayının artmaması narahatlıq doğyrur.
Onun sözlərinə görə, son zamanlar məhkəmələrdə bəraətlə bağlı hansı qərara, hökmə rast gəlinməyib.
“Hansı ki, alternativ cəzaların verilməsi nəzərdə tutulur. Ən azı 10-a yaxın alternativ cəza növü var. Amma bunlara rast gəlmək gəlmək olmur”.
Z.Orucun çıxışı zamanı yerdən bəzi deputalar tərəfindən etirazlar olub.
Bu isə millət vəkilini əsəbləşdirib:
“Siz nəyə, kimə etiraz edirsiniz? Bütün günü parlament dəhlizlərində hakimlərdən narazılıq etmirsinizmi? İndi nə olub? İstəmirsinizsə, iclasa gəlməyin. İmkan verin danışaq”.
Spiker Oqtay Əsədov da deputat çıxşını bitirməyə çağırıb:
“Kiməsə dərs keçmə”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az