Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qəbələ rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Məhəmməd oğlu Mustafayevin doğum dünüdür.
Elməddin Mustafayevin bu gün 23 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Elməddin Mustafayev 2001-ci il ilin 1 may günündə Qəbələ rayonunda çox kasıb bir ailədə dünyaya göz açıb.
Evin-ailənin iki övladından biri və tək bacının tək qardaşı olub.
Ailəsinin-valideynlərinin maddi durumu çox ağır olduğu üçün Qəbələ rayonunda yerləşən internat məktəbinin yataqxanasında (zirzəmisində) böyüyüb, boya-başa çatıb.

Əvvəlcə orta məktəbdə, sonra isə Peşə məktəbində oxuyub, aşpazlıq ixtisasına yiyələnib.
18 yaşını tamamladıqdan sonra, 2019-cu ilin iyul tarixində həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına cəmi 2 ay 25 gün qalmış Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Mühraibəsinə qatılıb.
Şərəfli döyüş yolu 14 gün çəkib.
Oktyabr ayının 10-da Füzuli istiqamətində qanlı döyüşlərdən birində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi isə bir gün sonra, oktyabrın 11-də Qəbələ rayon qəbiristanlığında uğurlanıb.

Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
19 yaşında Şəhidlik məqamına ucalan Elməddin həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





