İmkansızlıqdan yataqxana zirzəmisində böyüyən tək oğul-Qəbələli Elməddin Mustafayev və “Su Şəhidi” kimi tanınan iki bacının tək qardaşı-Ağdaşlı Cəlaləddin Fərhadovun-SABAH CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRDİR, 24 YAŞLARI TAMAM OLUR…

İkinci Vətən Müharibəsi Şəhidləri-Qəbələli Elməddin Məhəmməd oğlu Mustafayev və Ağdaşlı Cəlaləddin Elxan oğlu Fərhadovun doğum günləridir.

Sabah-1 may 2025-ci il tarixində hər iki Şəhidin 24 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günləri, mövludlarıdır.

Etikxeber.az-ın xəbərinə görə, Cənnətdəki beşinci doğum günləri ilə bağlı sabah hər iki Şəhidin Qəbələ Ağdaşdakı məzarları ziyarət olunacaq.

Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar olunacaq, “Quran” oxunacaq.

Sonra hər iki Şəhidin ailəsinin yaşadığı evdə adlarına ehsan süfrələri açılacaq.

Hər iki Şəhidin məzarını ziyarətdə və adlarına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Qəbələli, Ağdaşlı və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

Qeyd edək ki, Elməddin Mustafayev 2001-ci il ilin 1 may günündə Qəbələ rayonunda çox kasıb bir ailədə dünyaya göz açıb.

Evin-ailənin iki övladından biri və tək bacının tək qardaşı olub.

Ailəsinin-valideynlərinin maddi durumu çox ağır olduğu üçün Qəbələ rayonunda yerləşən internat məktəbinin yataqxanasında (zirzəmisində) böyüyüb, boya-başa çatıb.

Əvvəlcə orta məktəbdə, sonra isə Peşə məktəbində oxuyub, aşpazlıq ixtisasına yiyələnib.

18 yaşını tamamladıqdan sonra, 2019-cu ilin iyul tarixində həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına cəmi 2 ay 25 gün qalmış Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Mühraibəsinə qatılıb.

Şərəfli döyüş yolu 14 gün çəkib.

Oktyabr ayının 10-da Füzuli istiqamətində qanlı döyüşlərdən birində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi isə bir gün sonra, oktyabrın 11-də Qəbələ rayon qəbiristanlığında uğurlanıb.

Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

19 yaşında Şəhidlik məqamına ucalan Elməddin subay olub.

Cəlaləddin Fərhadov isə 2001-ci ilin may ayının 1-də Ağdaş rayonunda dünyaya gəlib.

O da Elməddin kimi evin tək oğlu, iki bacının tək qardaşı olub.

Atasını vaxtsız itirib.

Anası Pərvanə xanım onlara həm analıq, həm də atalıq edib.

Hər iki bacısı-Arzu Fərhadova və Aysu Fərhadova ali təhsillidir.

2007-2018-ci illərdə Ağdaş rayon 1 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşının tamamından az sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

O da Azərbaycan Ordsusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.

Uzun və şərəfli döyüş yolu keçib Şuşayacan.

Mayın 8-də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 3 gün sonra ailəsinə təhvil verilib və noyabrın 12-də Ağdaş rayonunda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla- “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

19 yaşında Şəhidlik zirvvəsinə ucalan Cəlaləddin də subay olub.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Külək əsəcək, şimşək çaxacaq-SABAH

Read Next

Ölkə Prezidenti Sumqayıt və Qusarda-BİR SIRA AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir