“İnanıram ki, “Turan” yavaş-yavaş layiq olduğu və haqq etdiyi yeri təkrar qazanacaq” – DEPUTAT

Çempionata uğurla başlayan Tovuzun “Turan” klubunu təbrik edirəm. “Turan” 4 oyundan maksimum – 12 xal toplayaraq ilk pillədədir və qapısında qol buraxmayıb.

Etikxeber.az xəbər verir ki, bunu Tovuzdan olan millət vəkili Qənirə Paşayeva deyib.

O, qeyd edib ki, “Turan” Mingəçevirin “Energetik” klubunu isə son oyunda 7:0 hesabı ilə məğlub edib.

“Şəmkirdə saat 15-də Qərb derbisi – “Şəmkir” – “Turan” qarşılaşması olacaq. “Turana” uğurlar diləyirəm!İnanıram ki, yavaş-yavaş layiq olduğu və haqq etdiyi yeri təkrar qazanacaq, əziz “Turan” klubumuz!”-deyə, o, daha sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Nazir müəllimləri belə təbrik etdi: “Dəyərləri yol xəritəsinə çevirməliyik”

Read Next

İstanbulda keçiriləcək Dünya Enerji Konqresində Azərbaycan da təmsil olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir