“İnanıram və ümid edirəm ki, Dövlət Gömrük Komitəsi bu işdə çox ciddi dönüş yaradacaq…”-MİLLƏT VƏKİLİ

Mən iki məsələni diqqətinizə çatdırmaq istərdim. Hər iki məsələ bizim seçicilərimiz – kiçik və orta bizneslə məşğul olan sahibkarlar tərəfindən qaldırılıb. Bu, həm razılıq, həm də narazılıqdan ibarətdir.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Müşfiq Cəfərov parlamentin bugünkü iclasında dilə gətirib.

Onun sözlərinə görə, razılıq ondan ibarətdir ki, son dövrlərdə vergi xidmətində, xüsusilə, elektron vergi xidmətində aparılan təkmilləşdirmə işlərində kameral yoxlamaların sayı azaldılmışdı. Sərəncamların da sayı azalmışdı. Buna görə sahibkarlar çox razılıq edirlər.

“Çünki hər şey elektrondur, hər hansı bir şübhə yaranmasa kameral vergi yoxlaması olmur. Təbii ki, bu, alqışlanır. Digər məsələ isə gömrüklər bağlıdır. Bu, sahibkarlar tərəfindən narahatlığa səbəb olub. Xüsusilə, idxal edilmiş məhsulların qiymətinin şişirdilməsi ilə bağlı məsələlərə yəqin ki, sosial şəbəkələrdə hər birimiz rast gəlirik.

Deyək ki, 1000 dollara alınmış məhsul hansı ki, qaimə, faktura ilə təqdim olunur. Gömrük orqanları tərəfindən bir tələb kimi qoyulur ki, bu məhsulun qiyməti bazarda 3000 dollardır, bunu rəsmiləşdirmə 3000 dollar kimi qeyd olunur. Əgər bu 3000 dollar kimi rəsmiləşdirilərsə, burada sahibkarlar məhkəməyə müraciət edir, qiymət artımı baş verir. Bu, təbii bir prosesdir.

Diqqətə çatdırmaq istədiyim ən əsas məqam odur ki, belə olan zaman valyuta axını baş verir. Əgər sahibkar razılaşırsa və razılaşdığı təqdirdə onun maraqları olur, artıq 1000 dollara aldığı məhsulu qaimə, faktura ilə ölkəyə 3000 dollara yazdırıb gətirirlər. Nəticə etibarilə 2000 dolları ölkədən çıxarmış olur və hansı məqsədlər – məsələn biznes yatırımı və ya əmlak almaq üçün bunu etdiyi bəlli olmur. Bizim kifayət qədər yaxşı Məcəlləmiz var.

Gömrük Məcəlləsinin 17-ci maddəsində bu proses sövdələşmə üsulu ilə aparılmalıdır. Ancaq burada növbəti üsullara müraciət olunmadan birbaşa olaraq ehtiyat üsuluna keçid olunur. Mən inanıram və ümid edirəm ki, Dövlət Gömrük Komitəsi bu işdə çox ciddi dönüş yaradacaq. Bundan sonra necə ki, vergilərlə bağlı razılıq var, eləcə də, gələcəkdə gömrüklə bağlı fikirlər müsbət olacaq”-deyə, millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Qarşınızda baş əyirik…”-Qənirə Paşayeva Şəhid və Qazi bacısı, Şəhid qardaşlar-Musa və Tural Həsənovların-ANASI İLƏ GÖRÜŞDÜ… – FOTOLAR

Read Next

Əliyev Qaribaşvilini-TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir