Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Kimsə “Quran”dan əyninə don geyinsə, yenə də məni Ərdoğanın halal qələbəsinə inandıra bilməyəcək…
Bu, “inadım, inadım”, “dediyim, dedik də” deyil…Mənim üçün dəyərlər var, mən tez-tez yolunu, simasını dəyişənlərdən, bu qatardan o biri qatara hoppanlardan deyiləm…Eyni zamanda, bu seçim Uca Türk millətinin seçimidir, yanlışı-doğusu ilə, sonuclarına da heç şübhəsiz özləri qatlanacaqlar hamıdan və hər şeydən öncə…Bu baxımdan, onların seçiminə, iradəsinə hörmət də boyumuzun borcudur… Xeyirlisi!
Amma mənim sözüm, qınağım Azərbaycandakı yalançı,saxta, bir anda simasını, əqidəsini dəyişən türkçülərə, milliyətçilərədir (həmçinin, Türkiyədə yanlış hesablar yapanlaradır) yenə…Səmimi İncəçilərlə işim yoxdur, haqqım da yoxdur ki, onlara irad tutum, amma nə oldu, bəs deyirdiniz ki, artıq hər şey həll olunub, Türkiyə İncəylə incə-incə yoluna davam edəcək?… Nə oldu, bu uzaqgörən “proqnoz”unuz niyə doğrulmadı yenə?… Balam siyasət də, dəyərlər də, milliyyətçilik və türkücülük də sizlik deyil…Gedin dəyərləri mənimsəyin, gedin kitab oxuyun, siyasət öyrənin…Bilmədiyiniz şeylərdən danışmayın…
Axı, dəfələrlə yazmışdım və israrlı şəkildə də bildirmişdim ki, parıltıya, filana uymaq lazım deyil, İncə-CXP ən yaxşı halda 30-ları keçə biləcək…Ondan artıq oy-səs qazana bilməyəcklər, bu, mümkünsüzdür… Türkiyədə solçuların bundan artıq şansları yoxdur və burada özləri də günahkardır (həmçinin, Ərdoğanın qütbləşdirmə siyasəti…)…
Əslində-dəfələrlə israrla qeyd etdiyim kimi- CXPdə, İncə də Ərdoğanın, AKP-nin yenə oyununa gəldi, eyni zamanda, Qərbədki azsaylı anti-Ərdoğançıların “qazı”na gəldilər…Bilməliydilər ki, Qərbdəkilər az faizlə, yenə də Ərdoğan iqtidarının davamında qərarlıdırlar…Çünki Ərdoğan Qərbin layihəsi idi…Onlar da öz layihələrindən asan-asan vaz keçməyəcəkdi və keçmədi də…Şakalaşmlar, dalaşmalar da bir oyun, pərdəarxası razılaşma idi…Ki, 2001-2002-ci ilərdə olduğu kimi, bu dəfə də tam sağıçı-milliyyətçi-ülkücü kəsimin təmsilçisi iqtidara gələ bilməsin….O zaman bütöv MHP iqtidardan kənarda qoyuldu, onun hakimiyyətə gəlişi əngəlləndi, bu dəfə də xanım Akşənərin hakimiyyətə gəlməsi əngəlləndi…Bütün oyunlar Akşənərə qarşı qurulmuşdu…Bunu anlamaq bu qədərmi zoruydu???
Türkiyənin, Türkiyə müxalifətinin uğur formulu xanım Akşənər (və ya seçimlərə qatılacağı halda İlkər Başbuğuydu…) idi…Amma Türkiyə müxalifəti, solçular bunu anlamadılar, anlamaq istəmədilər…Nəticədə də yenə uduzdular, həmçinin, bölücü, dağıdıcı, terrorçu PKK-nın siyasi uzantısı HDP yenidən barajı aşıb TBMM-də 3-cülyü əldə etdi həm solçuların, həm də AKP iqtidarının “sayəsində”…Sonuclarına qatılın indi…
Xanım Akşənərin də yeganə xətası öz ittifaqını qurmaması idi…O, CXP və “Səadətlə” ittifaqa getməməliydi…Amma xanım Akşənərin əməyi, zəhməti, bütün əngəlləri aşa-aşa gəlməsi, bütün zorluqlara sinə gərməsi, həmçinin, onun xarizması sayəsində İYİ Partinin parlamentdə 44-46 millət vəkili yeri qazanması, çox qısa zaman kəsiyində (7-8 ay ərzində) Türkiyə partiyasına çevrilməsi öz haqqını almalı, müsbət qiymətləndirilməlidir…İyi Parti 8-9 aydan sonra keçiriləcək bələdiyyə seçkilərinə doğru daha inamla və daha düzgün hesablarla getməlidir və inanıram ki, gedəcək də…İyi Partiyə də, xanım Akşənərə də uğurlar!
Allah Türkiyəmizi, əsl Türk milliyyətçilərini, Türkiyə sevdalılarını qorusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Oxu.Az saytının və “525-ci qəzet”in parlament müxbiri
Etikxeber.az