Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu prezident seçkisində özünün namizədliyini irəli sürmək əvəzinə partiyann bir başqa tanınmış fiquru Muharrem İncenin namizədliyini irəli sürdü.
Bunun iki səbəbi var.
Birincisi, Kamal Kılıçdaroğlu seçkidə indiki prezident Rəcəb Təyyub Ərdoğanla yarışsaydı, ona uduzacaqdı, bu halda partiya liderliyindən istefa vermək məcburiyyətində qalacaqdı.
Ona görə də Kamal Kılıçdaroğluna partiya daxilində qurbanlıq quzu lazım idi. İkincisi, Kamal Kılıçdaroğlu Muharrem İnceni irəli sürməklə onun simasında partiyadakı əsas rəqibindən qurtulmağı da düşünür.
Çünki Kamal Kılıçdaroğlu bilir ki, İnce Ərdoğanın xeyli gerisində qalacaq və bundan sonra partiya liderliyindən əl çəkəcək.
Ancaq Kamal Kılıçdaroğlunun hesabları tutmaya da bilər.
Muharrem İnce Ərdoğana məğlub olsa belə, kifayət qədər səs toplasa bu onun gələcəkdə CXP liderliyinə iddiasını ortaya qoya bilər.
Vaxtilə elə Kamal Kılıçdaroğlu da eyni yolla partiyasının başına gəlmişdi.
O İstanbulda bələdiyyə seçkilərində AKP-nin namizədinə az fərqlə məğlub olmuşdu, buna baxmayaraq qazanılan səslər bir müddət sonra ona Dəniz Baykalı əvəz etməyə şərait yaratmışdı.
Fikrimcə, Muharrem İnce Kamal Kılıçdaroğludan daha güclü siyasətçidir, inandırıcılıq qabiliyyəti güclüdür.
Elxan ŞAHİNOĞLU,
Politoloq
Etikxeber.az