İndi də Trampın oğlunun adı atası ilə bağlı Rusiyayla işbirliyində hallanır…

ABŞ-dakı son prezident seçkilərinə Rusiyanın müdaxiləsi, prezidentliyə keçmiş namizdələrdən olan hazırkı dövlət başçısı Donal Trampa seçki dönəmində dəstək verilməsi ilə bağlı iddialar günü-gündən artır və ciddiləşir.

Etikxeber.az-ın türkiyə mediasına istinadən xəbərinə görə, bu dəfə isə  Trampın oğlunun adı Rusiya ilə işbirliyində, ata Trampa dəstək axtarışında hallanır.

Belə ki, seçki dönəmində Trampın oğlu Tramplar ailəsi ilə dostluq edən müğənni Emin Ağalarovun meneceri vasitəsilə  rusiyalı bir vəkillə görüşür və ondan atasına dəstək verilməsini, daha doğrusu, ata Tarampın  rəqibi Hillari Klintonu zora düşürəcək fatlar verilməsini istəyir.

Bu yöndə xəbərlər mediaya sızdıqdan sonra isə Trampın oğlu  rusiyalı vəkillə yazışmalarını ortaya çıxarsa da, maraqlıdır ki,  xanımla Klinton bağlı deylənləri nə təkzibləyib, nə də təsdiqləyib.

Bu isə ABŞ Senatı və Nümayəndələr Palatasının üzvlərini ciddi əndişləndirib.

Odur ki, yaranan qalmaqalla bağlı izahat verilməsi üçün oğul Tramp Senatın müvafiq komitəsinə dəvət edilib.

Etikxeber.az

Read Previous

“Unutmadıq, unurdurmayacağıq!” – ƏRDOĞAN

Read Next

Prezident İmişlidə yol tikintisinə 6 milyon manat ayırıb – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir