Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Problemli kreditlər üçün nəzərdə tutulan vəsaitdən 43 milyon manat xərclənməmiş, qənaət edilmiş vəsait qalır.
Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə iclasında Maliyyə naziri Samir Şərifov deyib.
O, qeyd edib ki, problemli kreditlər üçün nəzərdə tutulan 682 milyon manatın 639 milyonu istifadə olunub.
“Ancaq 43 milyon manat qənaət kimi qalıb. Bunun da səbəbi bizlik deyil. O zaman Maliyyə Bazarlarına Nəzarət Palatası bizə bu vəsaiti təqdim etmişdi, biz də bu qədər pul ayırmışqıq. İndi deyə bilmərəm ki, həmin 43 milyon manat niyə qalıb… Bizim yoxlama aparmaq imkanımız da yoxdur”-deyə, o, əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az