İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?! – SİYAVUŞ NOVRUZOVDAN TƏPKİ

Çingiz Qənizadə:  Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, iclasda iştirak etməlidir

Saat 12-də Milli Məclisdə qeydiyyatdan keçən,  saat 4-də isə gedib Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, iclasda iştirak etməlidirlər.

Etikxeber.az xəbər verir  ki, bunu deputat  Çingiz Qənizadə parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  belə deputatların əgər ayrı işləri varsa, gedib, birdəfəlik onunla məşğul olsunlar: “Günün ikinci yarısında iclasların davam etdirilməsi məsələsi tamamilə doğrudur və qaydalara uyğun olduğu üçün də mən bunu dəstəkləyirəm. Həçminin hesab edirəm ki, deputatların əvəzinə, Milli Məclis əməkdaşlarının, texniki işçilərin səsverməsi, düyməni basması yaxşı hal deyil. Jurnalistlər də burdadır, istəmirəm ki, dediklərim başqa səmtə yoxulsun. Amma bu məsələ Milli Məclisə, bizim fəaliyyətə kölgə salır. Deputatsansa, axlıracan iştirak etməlisən və öz yerinə də səs verməlisən”.

Deputat İlham Əliyev  həmkarı ilə razılaşmayıb: “Günün ikinci yarısında iclasda  iştirak edib-etməmək deputatın öz işidir. Buna kimsə qarışa bilməz. Hər bir deputat yalnız özünə cavabdehdir”.

Spiker Oqtay Əsədov öz növbəsində  ikinci  hissədə  deputatların parlamentdə  iştirak məsələsinə belə reaksiya verib: “Çox vaxt birinci hissədə iştirak edən  deputatların 30 faizini ikinci hissədə iştirak etmir. Ona görə də yəqin bunun forması həm də ikinci hissəyə başlamadan əvvəl  təkrar deputatların qeydiyyatdan keçməsi ola bilər”.

***

siyaqus

YAP-çı deputatdan etiraz: İndi mən vətən xaini, bunlar isə vətənpərvər oldu?!

“Milli Məclisin etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı ən çox irad tutulan məsələ deputatların plenar iclaslar zamanı günün ikinci yarısında iştirak etəməsi ilə bağlıdır. Məgər günün ikinci hissəsində qəbul olunan qanunlar eyni çəkiyə malikdir deyil? Əgər hansısa deputatın tədbiri və ya iştirak etməmək üçün səbəbi varsa, bu barədə məlumat verməlidir”.

Bunu isə deputatı Siyavuş Novruzov deyib.

Çıxışı zamanı qanun layihəsində deputatların yalnız Azərbaycan dilindən istifadə etməsi məsələsinə toxunan S. Novruzov söyləyib ki, dil məsələsi MM-in Daxili Nizamnaməsində göstərilib: “Dövlət dili Azərbaycan dilidir və iclaslar da bu dildə getməlidir: “Lakin digər xalqların nümayəndələri də başqa dildə danışa bilər. Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və 8-i gəlib oturdu parlamentdə onlar hansı dildə danışmalıdır? Seçilib gəlib burada iştirak edirsə, o zaman ona da hüquq verilməlidir ki, yaşadığı ölkənin vətəndaşı olmaqla yanaşı öz dilində danışsın. Azərbaycanlı olub bu dili bilməyənlər məcbur olub danışmalıdır. Qalan insanları buna məcbur etmək olmaz”.

Spiker isə deputata belə cavab verib: “Azərbaycanın dövlət dili Azərbaycan dilidir: “Hər kəs Azərbaycan dilini bilməyə borcludur. İstər  erməni olsun, istərsə başqası olsun. Kim burada deputatdırsa , zəhmət çəkib Azərbaycanda dövlət dilində danışsın. Mən durub erməniyə tərcüməçi tutmayacam ki?

S.Novruzov da son olaraq məsələyə müdaxilə edib və belə deyib: “Burada elə başa düşəcəklər ki, mən oldum vətən xaini, bunlar isə vətənpərvər. Halbuki Azərbaycanı armaqla sayılacaq qədər sevən  vətənpərvərlərdən  biriyəm”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Millət vəkilləri iclaslarda ancaq Azərbaycan dilində danışacaq? – AÇIQLAMA

Read Next

Parlamentin də büdcəsi məlum oldu – RƏSMİ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir