“İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan…” – Tomas Müller

“Özümüzü çox güclü və rəqibi zəif hesab etmək bizə başucalığı gətirməz”.

Etikxeber.az-ın Apasport.az-a istinadən məlumatına görə, bunu Almaniya yığmasının hücumçusu Tomas Müller deyib.

Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.

Qarşılaşma ilə bağlı Almaniya mətbuatına danışan Müller komandamıza hörmətlə yanaşdıqlarını bildirib.

Ulduz futbolçu məqsədlərinin seçmə mərhələdə itkisiz yollarına davam etmək olduğunu vurğulayıb:

“Futbolda inkişaf edən komandalara qarşı diqqətli olmaq və onlara hörmət etmək məcburiyyətindəsən. Bizim son dünya çempionu olmağımız hər şeyin bitdiyi anlamına gəlməməlidi.

İndi qələbəni adla deyil, meydandakı oyununla qazanırsan. Biz hər görüşdə olduğu kimi, Azərbaycana da ciddi rəqib gözü ilə baxırıq. Məsuliyyətimizi dərk edirik və Almaniyaya növbəti qələbə ilə qayıtmaq əzmindəyik”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 21:00-da başlayacaq.

Etikxeber.az

Read Previous

Hava yağmursuz olacaq

Read Next

“N brothers”in üzvünün atası dəhşətli qətl törətdi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir