Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İctimai nəqliyyatla bağlı metodiki göstərişlərdə deyilir ki, maska taxılmaldır. Bununla bağlı cərimə olub-olmaması barədə yaxın günlərdə Operativ Qərargah qərar verəcək.
Etikxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, cəriməni yox, ictimai qınaqla bağlı maarifləndirməni seçmək daha doğru olardı:
“Pandemiya dövründən əvvəl də hər gün dezinfeksiya aparılırdı, sadəcə avtobusun içində normal vaxtlarda dezinfeksiya aparatının olması təcrübəsi yox idi. Amma bundan sonra da həmin dezinfeksiya aparatını saxlamağı düşünürük”.
Sonra “İndiki halda hansısa avtobusun xətdən çıxarılması ola bilməz. Daşıyıcıların addımları dəyərləndirilir. Daha sonra bununla bağlı qərarlar veriləcək, hansı şirkət qaydalara əməl edir, hansı yox”-deyən V. Kərimlinin sözlərinə görə, 79 saylı daşıyıcı ilə bağlı da şikayətlər daxil olub, bu məsələ araşdırılacaq.
O, həmçinin “Bakıdakı bütün sərnişin avtobuslarında gediş haqqının karta ödənilməsi təmin edildikdən sonra kartlara onlayn ödəmə mümkün olacaq”-dryərək, əlavə edib ki, əvvəlcədən onlayn ödəmə sisteminə keçid bu ilə nəzərdə tutulub:
“Pandemiya ilə bağlı hələlik məsələ qalıb. Kart aparatlarında bəzən texniki problemlər ortaya çıxır. “Bakıkart”la bağlı hər hansı texniki problemi müşahidə etməmişik, ancaq digərlərində müşahidə olunub. Bu problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir”.

Etikxeber.az





