“İndiki məqamda güclü iradə Zəfərin davamlılığının əsas təminatıdır”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Bu gün Laçının işğaldan azad olunmasından bir il ötür.

Bu münasibətlə başda laçınlılar olmaqla hər bir soydaşımızı təbrik edir, bizə bu qüruru yaşadan Azərbaycan ordusuna və onun müzəffər Ali Baş Komandanına təşəkkür edirik.

Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir.

Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı məhz Laçının itirilməsi ilə başlanmışdı. Bir il öncə isə bu dilbər guşənin düşmən tapdağından xilas olması ilə həm Ermənistan, həm də separatçılar Laçınla bərabər sonuncu murdar ümidlərini itirmiş oldular.İkinci vacib məqam, cənab Prezidentin də dediyi kimi, biz bir güllə atmadan Laçın rayonunu qaytardıq.

Baxın, bu qədər strateji əhəmiyyətinə baxmayaraq, əgər düşmən öz nəzarətində olan ən vacib məntəqəni Dəmir yumruğun təhdidi altında səssizcə boşaltmağa məcbur olursa, demək ki, artıq nəinki Ermənistan, onun havadarları da Azərbaycanı ciddi hərbi-siyasi güc kimi qəbul edir və bizim iradəmizlə hesablaşır.

Bu mənada əgər Şuşanın azad edilməsi Azərbaycanın hərbi zəfəridirsə, Laçının azad edilməsi də Azərbaycanın tarixi hərbi-siyasi qələbəsidir. Laçının azadlığı müjdəsini verərkən, cənab İlham Əliyev qeyd etmişdi ki, bu rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf prosesində mühüm rolu olacaqdır.

İşğala son qoyulmasından cəmi 8 ay sonra, bu ilin avqustunda prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Laçın Beynəlxalq Hava Limanının, o cümlədən bir sıra infrastruktur layihələrinin təməli qoyuldu.

Əlbəttə, bu o deməkdir ki, işğal altında xarabazara döndərən ermənidən fərqli olaraq Azərbaycan Laçına inkişaf və tərəqqi gətir.

Böyük layihələrə start verilməsi eyni zamanda bu torpaqların əsl sahibi kimi Azərbaycanın və dövlət başçısının iradəsinin göstəricisidir.

İndiki məqamda güclü iradə isə zəfərin davamlılığının əsas təminatıdır.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Mən səni qucaqlamaq istəyirəm, məzardan baxan şəklini, soyuq məzarını yox…”-Şəhid anası…Ailənin tək oğlu, bir övlad atası, nəşi 2 aydan sonra tapılan-MƏHƏMMƏD MƏMMƏDLİNİN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Daha 1795 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir