“İndiki soyuq hava şəraitində vətəndaşın elektrik və qaz təminatının borca görə, dayandırılması mənəvi cəhətdən yolverilməzdir…”-MİLLƏT VƏKİLİ “AZƏRİQAZ” VƏ “AZƏRİŞIQ”-A ÇAĞIRIŞ ETDİ

Elektrik və qaz istifadə olunursa, heç şübhəsiz ki, vətəndaş istifadə etdiyi resursun haqqını ödəməlidir. Bu, öz yerində. Lakin indiki soyuq hava şəraitində vətəndaşın elektrik və qaz təminatının borca görə, dayandırılması qanuna zidd olmasa da, mənəvi cəhətdən yolverilməzdir. Cənab Prezident həmişə insan amilini digər bütün meyarlardan uca tutub, hətta müharibə dövründə və iqtisadi böhran şəraitində belə vətəndaşlara sosial ödənişlərin həyata keçirilməsi ləngidilmədi. Həmçinin, dövlət başçısı İNSAN amilini yaxın 10 il üzrə milli prioritetlərimizdən biri olaraq müəyyənləşdirib.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Bu mənada təmsil etdiyim Biləsuvarda aidiyyatı olaraq “Azəriqaz” və “Azərişıq”ın rəsmilərindən xahiş edirəm ki, kəskin hava şəraitində vətəndaşların borclarına dözümlə yanaşılsın. Bu cür həssas dönəmdə, şaxtalı havada hətta borca görə olsa da belə, ailəsi uşağı soyuqda və qaranlıqda qalıb incik düşən vətəndaşın etimadını sonradan heç bir vəsaitlə geri qaytarmaq olmaz.

Açığı hər iki struktur həmişə çağırışlarımıza həssas yanaşıb, bu mənada mövqeyimizə bu dəfə də anlayışla yanaşacaqlarına inanıram. Söhbət kəskin havadan düşmüşkən, bu qarlı, şaxtalı havada, başda öz seçicilərim olmaqla, əlində silah Vətənin müdafiəsi üçün hazır dayanan hərbçilərimiz, ictimai qayda və ictimai təhlükəsizliyi, asayişi qoruyan polislərimiz, 24 saat növbədə olan həkimlərimiz və öz peşə öhdəliklərini ləyaqətlə yerinə yetirən digər soydaşlarımız, hər birinizə təşəkkür edirik! Haqqınız ödənməz!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

Millət vəkili bu dəfə daha 9 seçicisini-QƏBUL ETDİ VƏ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir