İndiyədək vergi orqanlarında müsabiqə yolu ilə 1200-ə yaxın şəxs işlə təmin edilib – Nazir müavini

2016-cı il və növbəti 3 ildə vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri kimi insan resurslarının inkişaf etdirilməsi nəzərdə tutulur.

Etikxeber.az “Vergilər.az” saytına istinadla xəbər verir ki, bu fikri vergilər nazirinin müavini Sahib Ələkbərov söyləyib.

Nazir müavini bildirib ki, insan resurslarının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün nazirliyin zəruri qanunvericilik, institusional və maddi-texniki bazası yaradılıb. Misal üçün, 2005-ci ildən dövlət vergi orqanlarına işə qəbul müsabiqə qaydasında həyata keçirilir. İndiyədək vergi orqanlarında müsabiqə yolu ilə 1200-ə yaxın şəxs işlə təmin edilib.

Diqqətə çatdırılıb ki, nazirliyin Şamaxı şəhərində fəaliyyət göstərən Tədris Mərkəzi ən müasir auditoriyalarla, texniki avadanlıqlarla, dinləyicilərin və təlimçilərin qalması üçün yataqxanalarla təchiz edilib. Bu mərkəzdə İKT-nin imkanlarından istifadə olunmaqla 2015-ci ildən onlayn rejimdə iş yerindən ayrılmadan dövlət vergi orqanları əməkdaşları üçün e-təlimlər keçirilir. Bu, az xərc və vaxt sərf etməklə təlim proseslərinin intensivləşməsinə imkan verir.

2015-ci ildən onlayn təlim sistemi ilə 3900 vergi əməkdaşı e-təlimlərə cəlb edilib. Bu ildən isə nazirliyin əməkdaşlarının müvafiq sahələr üzrə bilik və bacarıqlarının sertifikasiyasına da başlanılıb.

Etikxeber.az

Read Previous

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Read Next

Qaz emalı və neft-kimya kompleksi 2021-ci ildə istifadəyə veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir