“İndiyə qədər olduğu kimi, bundan sonra da Qalib Azərbaycanla və Qalib Sərlərdə ilə bir-bir həfədlərimizə çatacağıq!”-JALƏ ƏLİYEVA YAZIR – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

“Sözümüzü dedik, səmimi mövqeyimizi ortaya qoyduq, indi seçim, qərar onların-tərəfdaşlarındır!”

***

(Üçüncü-sonuncu hissə)

Üçüncü önəmli məqam- hadisə:

Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə, Xalqının Xilaskar oğlu-ölkə Prezidenti cənab İlham Əliyev növbəti dəfə işğlaldan azad olunmuş bölgələrimizə-Cəbrayıl və Zəngilanımıza səfər etdi.

Bu səfərdə yenə də onun yol yoldaşı ən yaxın və ən sadiq silahdaşı Mehriban xanım ƏIliyeva oldu.

Ali Baş Komandanla ölkənin Birinci xanımı və Birinci vitse-prezidenti 6-ci dəfə Qarabağımıza səfərlərini gerçəkləşdirdilər və bununla növbəti dəfə Tarix yazdılar, növbəti dəfə Qələbələrimizin üzərinə Qələbələr, Zəfərlərimizin üzərinə Zəfərlər əlavə etdilər!

Bu səfər də əvvəlki səfərlər kimi, zəngin açılışlarla, Ali Baş Komandanın tarixi mesaj və bəyanatları ilə bol-zəngin oldu, yadda qaldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışnda iştirak etdi, eyni zamanda, dövlət başçımız Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlini qoydu.

Həmçinin, səfər zamanı dövlət başçımız Zəngilan sakinləri ilə görüşdü.

Ölkə rəhbəri Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında çıxışı zamanı bir daha məğlubiyyətə uğradılmış qüvvələrə, Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi.

Bildirdi ki, əfsuslar olsun Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, növbəti dəfə ərazi iddiası irəli sürürlər.

“Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkin göstərərək bu təxribata cavab vermədik”-deyən Alİ Baş Komandan bir daha qətiyyətli şəkildə bildirdi ki, bu, sonuncu xəbərdarlıqdır.

Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib və heç kim, heç bir qüvvə onun sərhədlərini, ərazi bütövlüyünü bundan sonra poza bilməz. Bu, mümkün deyil və mümkün olmayacaq!

Eyni zamanda, Zəngilan Beynəlxalq Hava Limanının təməlatma mərasimində çıxışı zamanı dövlət başçısı bəyan etdi ki, adıçəkilən hava limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq.

Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. Bununla yanaşı, azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilib. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcək. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik.

Həmçinin, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Bu baxımdan da, təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək.

Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq. Bununla bərabər, Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq.

Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək.

Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək.

Bəli, bunlar bizim növbəti- böyük hədəflərimizin tərkib hissəsi və bir parçasıdır. Və indiyə qədər olduğu kimi, bundan sonra da Qalib Azərbaycanla və Qalib Sərlərdə ilə bir-bir həfədlərimizə çatacağıq.

Jalə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

DTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı-MƏLUMAT YAYDI…

Read Next

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir