Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hesab edirəm ki, Azərbaycanda “İnformasiya təhlükəsizliyi haqqında”qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Bununla bağlı müxtəlif dönəmlərdə fikirlər səsləndirilib, hətta, bəzi həmkarlarımın təklifləri olub, amma onlar fikirlərdən, təkliflərdən o yana getməyib, bu məsələ həllini tapmayıb. Ona görə də hesab edirəm ki, yaxın dönəmdə, qanunyaradıcılığı prosesində bu məsələyə də qayıdılmalı, geniş, ətraflı və hərtərəfli müzakirələrdən sonra bu yöndə də təkmil bir qanun layihəsi hazırlanıb müzakirələrə çıxarılmalıdır. Bu, qarşıdan gələn 2019-cu ilin payız-büdcə sessiyasında da mümkün ola bilər. Ən azı ilkin variantda bunu müzakirədən keçirib, gələn ilin yaz sessyasında plenar iclaslara çıxarıb, qəbul etmək olar.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
O, qeyd edib ki, dünya getdikcə qloballaşır və bu qloballaşmanın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də özünü qabarıq şəkildə göstərir:
“Qlobal risqlər, təhdidlər artır. Kibercinayətkarlıq halları dünyanı başına götürməkdədir. Yerli-milli mədəniyyətlər, adət-ənənələr deformasiyaya, erroziyaya məruz qalmaqda və uğramaqdadır. Böyük informasiya seli üzərimizə gəlməkdədir. Onun içində lazımlısı da, götürüləsi də var, lazımsızı, çamurlusu, çirkablısı da var. Özümüz də şahidiyik ki, sosial şəbəkələrin, informasiya-kommunikasiya texnologiyalarının, internet resurslarının inkişafı nəticəsində nələr yaşanmaqdadır. Bunlardan istifadə edənlər heç də hamısı yüksək düşüncə tərzinə malik mükəmməl, vicdanlı, peşəkar, dünyanı, dövlətini, vətənini, millətini düşünən insanlar deyil.
Bir çoxları dünya düzənini istədikləri şəklə salmaq, dünyanı öz maraqlarına uyğun şəkildə dizayn etmək istəyən qlobal güc mərkəzlərinin milli dövlətlərə, milli iqtisadiiyyatlara, milli dəyərlərə qarşı bir maşası, aləti kimi istifadə olunanlardır. Güc mərkəzləri həmin beyinsiz, düşüncəsiz, manqurtlaşmış adamların əli ilə istədikləri məkrli və qorxulu layihələri, ssenariləri gerçəkləşdirirlər və ya buna icrarlı cəhdlər göstərirlər. Odur ki, bütün bunları və deyə bilmədiyim digər vacib məqamları nəzərə alaraq, bir daha belə hesab edirəm ki, artıq bizdə də informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsi hazırlanmalı və qəbul olunmalıdır. Buna ciddi ehtiyac var”.

Millət vəkili eyni zamanda, qarşıdan gələn payız sessiyası ilə bağlı fikirlərini açıqlarıb.
Payız sessiyasında ənənəvi olaraq, vaxtın və müzakirələrin əsas hissəsinin 2020-ci ilin büdcə zərfi ilə bağlı olacağını vurğulayıb.
Qeyd edib ki, dövlət büdcəsi özü də yeni-yeni qanun layihələrinin reallaşma mənbəyi, stumulu deməkdir.
Millət vəkilinin dediyinə görə, hər bir qanun layihəsinin mayasında dövlət büdcəsi, büdcə, maliyyə vəsaitləri dayanır:
“Bu haqda bir müddət öncəki açıqlamamda da fikirlərimi bildirmişdim. İndi də bildirmək istəyirəm ki, qanun layihələrinin və yaxud indiyədək qəbul olunmuş qanunların əksəriyyəti maliyyətutumludur. Onların maliyyəsi olmasa, işləkliyi, icrası da mümkün deyil. Bu baxımdan, hər büdcə zərfi yeni-yeni qanun layihələri deməkdir, hər büdcə zərfi növbəti modern, model qanun layihələrinin həyatakeçmə vəsiqəsi, açarı deməkdir. Odur ki, növbəti büdcə zərfi, onun müzakirəsi, qəbulu, təsdiqi də sonuc etubarı ilə yeni qanun layihələrinin meydana gəlməsinə, müzakirələrə çıxarılmasına yaşıl işıq yandırmış olacaq.
Mən özüm artıq 4 ildir ki, Arqar siyasət, son bir neçə ayda isə həm də Gənclər və idman komitəsində təmsil olunuram. Belə olduğu təqdirdə, növbəti payız sessiyasında ilkn növbədə məhz bu komitələrlə bağlı, onları maraqlandıran qanun layihələrinin müzakirələrə çıxarılmasını və qəbulunu arzulayıram. Xüsusilə də, iki vacib qanun layihəsinin-“Ərzaq təhlükəsizliyi haqqında” və “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihələrinin hazırlanaraq, əvvəlcə komitəmizdə, sonra isə plenar iclaslarda müzakirəsi və qəbulunu önəmli sayıram. Çünki dünyada risqlərin, təhdidlərin artıdığı bir dönəmdə, qlobal siyasi-iqtisadi-hərbi kataklizmlərin tüğyan etdiyi bir vaxtda hər iki qanun layihəsinin müzakirəsi və qəbulu olduqca vacibdir.
Düzdür, bir müstəqil ölkə, sabitlik adası olan bir məmləkət olaraq, ölkəmizi bütün risq və təhdidlərdən uzaq tutmağı bacara bilmişik, bunlardan ziyansız ötüşmüşük, amma bununla belə, arxayınçılığa da yol verə bilmərik, verilmir də. Ölkəmizdə müdrik dövlət başçısı İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində həm ərzaq, həm də qida təhlükəsizliyinin təmin olunması ilə bağlı çox mühüm addımlar atılıb və atılmaqdadır. Odur ki, bunların mükəmməl qanunvericilik bazasının formalaşdırılması da çox vacibdir və çox önəmlidir.
Eyni zamanda, qarşıdan gələn 2019-cu il bələdiyyə seçkiləri ilə bağlı seçki qanunvericiliyinə partiyamızın-Yeni Azərbaycan Partiyasının (YAP) önəmli hesab etdiyi və zaman-zaman səsləndirdiyi bir sıra vacib dəyişikliklərin edilməsini məqsədəuyğun sayıram. Hesab edirəm ki, bizdə də bələdiyyə sədrləri seçki yolu ilə seçilməlidir, bu məsələdə bələdiyyə sahəsində böyük nailiyyətlər qazanmış ölkələrin təcrübəsindən istifadə edilməlidir. Bu, bələdiyyələrin müstəqilləşməsi yolunda daha bir önəmli addım ola bilər. Eyni zamanda, bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı bir qədər də yığcamlaşdırılmalıdır. Çox bələdiyyə, çoxlu bələdiyyə üzvü heç də hər şey demək deyil. Əsas kəmiyyət deyil, keyfiyyətdir.
O cümlədən, Gənclər və idman komitəsinin üzvü olaraq, dövlət gənclər siyasəti ilə bağlı müvafiq qanunlarımıza bəzi əlavə və düzəlişlərin edilməsini zəruri sayıram. Təbii ki, bunları indi bir-bir detallı şəkildə açıqlamaq mümkün deyil, amma zamanı gələndə onlarla da bağlı fikirlərimizi açıqlayacağıq.
Hər bir millət vəkilinin borcu ölkənin qanunvericilik bazasının zənginləşdirilməsi işinə töhfə verməkdən ibarətdir. Bizim baş məqsədimiz budur və bu olmalıdır”.
Etikxeber.az





