İnkişafa, tərəqqiyə, intibaha gedən yolun bünövrəsi-3 oktyabr 1993-cü il!-ELDAR İBRAHİMOV YAZDI

O tarixi anlardan düz 31 il keçir…

Düz 31 il öncə-3 oktyabr 1993-cü il tarixində Azərbaycan xalqı və Azərbaycan dövlətinin tarixində əlamətdar hadisə yaşandı…

Azərbaycan xalqı və Azərbaycan dövləti həmin gün öz müdrik seçimini etdi…

Həmin gün müstəqil Azərbaycan dövlətinin tarixində ilk demokratik prezident seçkiləri keçirildi…

Üç namizədin qatıldığı seçkilərdə müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan seçicilərinin, Azərbaycan xalqının mütləq əksəriyyətinin səsini, etimadını qazanaraq, ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi…

Düzdür, Ulu Öndər hələ 1993-cü ilin 24 iyun tarixindən ölkəyə ikinci dəfə rəhbərlik edirdi, ancaq Ali Sovetin sədri və Prezident səlahiyyətlərinin icraçısı kimi.

Ancaq 3 oktyabr 1993-cü il tarixindən bir daha Azərbaycan xalqının dəstəyini, rəsmi şəkildə səsini qazanaraq, müstəqil Azərbaycanın ilk-demokratik yolla, alternativ əsaslarla seçilmiş Prezidenti kimi səlahiyyətlərinin icrasına başladı.

Bu baxımdan, 3 oktyabr tarixi Azərbaycan xalqının tarixində, yaddaşında, dövlətçiliyində qızıl hərflərlə həkk olunmuş bir gündür.

Əgər 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi yazıldısa, 3 oktyabr tarixi müstəqil Azərbaycanın inkişafa doğru gedən yolunun başlanğıc günü kimi tarixə həkk olundu.

3 oktyabrdan başlayaraq, 2003-cü ilə kimi Azərbaycan xalqı, Azərbaycan dövləti bir çox aparıcı dövlətlərin bəlkə də 50, 100 illərlə keçdiyi yolu cəmi 10 ilə keçdi.

Az qala müstəqilliyini itirməkdə, dağılıb-parçalamaqda olan Azərbaycan dövləti Ulu Öndərin rəhbərliyi ilə 10 il ərzində nəinki regionun, bütövlükdə dünyanın sözü keçən, hesablaşılan dövlətlərindən, məmləkətlərindən birinə çevrildi.

1994-cü ilin mayında atəşkəsə nail olunmaqla, güclü Ordu quruculuğuna başlandı, 20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” imzalamaqla, neft strategiyasının, əslində inkişafa, tərəqiyyə, çiçəklənməyə doğru gedən yolun əsas bünövrəsi, təməli atıldı.

Azərbaycanda hərc-mərcliyə, dərəbəyliyə, dövlət çevrilişi cəhdlərinə son qoyuldu.

1995-ci ilin noyabrında müstəqil Azərbaycan ilk Konstitusiyası qəbul edildi, ilk demokratik parlament seçkiləri keçirildi, Birinci çağırış Milli Məclis fəaliyyətə başladı.

Ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının təmini üçün hər cür şərait yaradıldı.

Öncəki hakimiyyətlərdən miras qalmış siyasi və hərbi senzura ləğv edildi, söz azadlığının təmin edilməsində yeni mərhələyə start verildi.

Azərbaycan əhalisinin güzəranı, sosial rifahı yaxşılaşmağa başladı.

Bütün sahələrdə bir-birinin ardınca uğurlar, nailiyyətlər yaşandı.

Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti ilə Azərbaycanın imzası imzalar içində tanındı.

Azərbaycan dünyaya günəş kimi doğdu, şəfəq saçdı.

Bəli, bütün bunlar Azərbaycan xalqının Böyük və Xilaskar oğlu, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi, 3 oktyabr 1993-cü il tarixində ölkənin ilk demokratik Prezidenti seçilməsi ilə baş verdi.

Heydər Əliyev olmasaydı, 1993-cü ilin dəhşətli iyun günlərində Azərbaycan xalqının təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə gəlməsəydi, 3 oktyabr tarixində ölkə Prezidendi seçilməsəydi, bəlkə də bu gün müstəqil Azərbaycan dövləti də olmayacaqdı.

Bəli, bu günlərimizə, inkişafımıza, intibahımıza, dünyada imzamızın imzalar içində olmasına görə məhz Ulu Öndərə və son 21 ildə Onun siyasətini, kursunu layiqincə davam etdirən Qalib və Müzəffər Ali Baş Komandan İlham Əliyevə borcluyuq!

Hər iksi də bu millətin, bu xalqın milli sərvətidir!

Yaşasın Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycan!

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Oğlum Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovla bir yerdə Şəhid olub…”-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, ÜÇ MEDALLI, BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAKİR ORUCOVUN ATASI BAKİR ORUCOV – FOTOLAR

Read Next

Azərbaycanın Rusiyadakı yeni səfiri-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir