“İnsan alverinə qarşı hesabatın formatına yenidən baxmalıyıq” – SİYAVUŞ NOVRUZOV

Siyavuş Novruzov Miqrasiya Xidmətindən nə xahiş etdi?

Azərbaycana kənardan gələn insanların hesabına insan alveri problemi artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.

siyaqus

Komitə sədri qeyd edib ki, bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir.

“Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formatına da yenidən baxmalıyıq. Bəlkə də Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsində iştirak etməlidir”-deyə,o, sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daxili işlər nazirinin birinci müavini parlamentdə qanunsuz orqan transplantasiyasından danışdı…

Read Next

“Dövlət rüsumu haqqında” qanun dəyişdirildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir