İnsan hüquqları sahəsində bir sıra irəliləyişlərə nail olunub – AVROPA İTTİFAQI

 

Biz həm təhlükəsizlik, enerji sahəsində əməkdaşlıq etmək, həm də insan hüquqları və dövlət idarəçiliyi sahəsində nailiyyətlərə çatmaq istəyirik.

avropar 

Etikxeber.az  xəbər verir ki, bunu Bakıda – Milli Məclisdə (MM)  keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan arasında sazişlə əlaqədar insan hüquqları sahəsində bir sıra irəliləyişlərə nail olunub.

O, deyib ki, ticarət sahəsində bütün fəsillər üzrə danışıqları davam etdirmək istəyirlər:

“Ümumdünya Ticarət Təşkilatına üzvlük önəmlidir. Azərbaycanın öz iqtisadi gücünə arxalanaraq üzvlüklə bağlı nailiyyətlər əldə edə bilməməsini anlaya bilmirik. İqtisadiyyatı Azərbaycandan zəif olan ölkələr bu istiqamətdə nailiyyətlər qazanıb”.

L. Devin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi və iqtisadiyyatının şaxələnməsinə dəstək verməyə hazırdır:

“İnanıram ki, Avropa Parlamenti bu sahədə əsas oyunçulardan biri olacaq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanın ərazi toxunulmazlığı həm də Avropa üçün önəmli məsələdir – NAZİR MÜAVİNİ- YENİLƏNİB – (2)

Read Next

Hazırda sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir