İnsan nəyə zaman ayırmalıdır? (Qənirə Paşayeva)

Bir müddət öncə xarici dərgilərin birində insanların uğur qazana bilməsi və yaxşı bir insan özəlliyini qazana bilməsi üçün on qızıl öyüd barədə maraqlı bir yazı oxumuşdum.
Sonra isə diqqət etməmiz gərəkən 5 önəmli məsələ gəlirdi yazıda… Maraqlı araşdırma və yanaşma idi və hesab edirəm ki, hər bir insanın diqqət etməsi gərəkir. Beləliklə;
1. Düşünməyə vaxt ayır. Düşüncə güc üçün qaynaqdır.
2. Oxumağa vaxt ayır. Oxumaq bilginin bulağıdır.
3. Duaya vaxt ayır. Dua çətin anlarda müqavimətin dəstəyidir.
4. Sevməyə vaxt ayır. Sevmə yaşamı dadlı edən şeydir.
5. Anlaşmaya vaxt ayır.
6. Gülməyə vaxt ayır. Gülmə ruhun musiqisidir.
7. Əyləncəyə vaxt ayır. Əyləncə gəncliyin sirridir.
8. Paylaşmaya vaxt ayır. Paylaşma günün aydınlığıdır.
9. İşini görməyə vaxt ayır.
10. Təşəkkürə vaxt ayır. Təşəkkür yaşam tortunun kremidir.
İdarə ediləcək 3 şey: Dilimiz, xasiyyətimiz, hərəkətlərimiz.
Seviləcək 3 şey: Cəsarət, nəzakət, yardım.
Nifrət ediləcək 3 şey: Kin, qürur, nankorluq.
İstəniləcək 3 şey: Sağlıq, dostluq, dinclik.
Düşünüləcək 3 şey: Həyat, ölüm, sonsuzluq.

Etikxeber.az

Read Previous

Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb?

Read Next

“Qarabağ”-“Slovan” matçını isveçrəli hakimlər briqadası idarə edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir