İnsanlar hazırda əziyyət çəkir, demək olar ki, yaşaya bilmirlər… – SƏFİR

Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç Kişinyovda KİV nümayəndələri və siyasi ekspertlərlə görüş keçirib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, səfir Moldovanın Dnestryanı münaqişəsi ilə bərabər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Xocalı soyqırımı barədə də danışıb.

H. Kılıç artıq 27 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı işğalının davam etdiyini, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmadığını diqqətə çatdırıb.

O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurası regiondakı bu vəziyyətdən narahat olmalı və qəbul etdiyi qətnamələrə sadiq qalmalıdır: “Azərbaycanın 20 faiz torpaqları hələ də işğal altındadır, 1 milyondan çox azərbaycanlı öz yurdlarından qaçqın düşüb və bu gərginlik hələ də davam edir. Bu gün Azərbaycanın öz torpaqlarını geri almaq üçün gücü var, amma istəyir ki, məsələ sülh yolu ilə həll olunsun. Ermənistan işğal etdiyi torpaqları geri qaytarsa, özü daha çox fayda götürər, regiondakı layihələrdə iştirak edə bilər. Məhz bunlar olmadığı üçün Ermənistanda insanlar hazırda əziyyət çəkir, demək olar ki, yaşaya bilmirlər”.

H. Kılıç istər Moldovadakı Dnestryanı münaqişənin, istərsə də Qarabağ münaqişəsinin tezliklə həll olunmasının artıq zərurətə çevrildiyini vurğulayıb:

“Hərçənd Dnestryanı münaqişə Qarabağ münaqişəsi ilə müqayisədə bir qədər fərqlidir, amma biz hər ikisinin tezliklə həllini tələb edirik”.

Etikxeber.az

Read Previous

Ağsu aşırımında avtomobillərin hərəkəti çətinləşdi – FOTOLAR

Read Next

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0