“İnsanlar son addımlarla bağlı prezidentə dəstəklərini ifadə edirdi…” – DEPUTAT NÖVBƏTİ GÖRÜŞ-QƏBULUNU KEÇİRDİ – FOTOLAR

92 saylı Zərdab-Ucar dairəsini paarlamentdə təmsil edən millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva Zərdab rayonunda növbəti qəbul-seçicilərlə görüşünü keçirib.

Etikxeber.az xəbər verir ki, qəbulda  təxminən 40-a  yaxın Zərdab sakini iştirak edib.

Görüş zamanı Zərdab sakinləri, seçicilər ölkədə həyata keçirilən islahatlar prosesi, eləcə də, dövlət başçısı İlham Əliyev tərəfindən gerçəkləşdirilən kadr təyinatları, kadr yenilənmələri, kadr və struktur dəyişiklikləri ilə bağlı öz mövqelərini səsləndirib, görülən işləri, atılan addımları bir vətəndaş olaraq, dəstəklədiklərini ifadə ediblər.

Onlar xüsusilə, son kadr və srtuktur islahatlarının, dəyişikliklərin və yeniliklərin insanlarda gələcəyə doğru  böyük inam və ümid yaratdığını dilə gətirib, islahatlar prosesinin öz hədəflərinə çatmasında bunların daha böyük rol oynayacağına inamlarını vurğulayıblar.

Seçicilər görülən işlər, atılan addımlar, Azərbaycanın sürətli və dinamik inkişafı, bu inkişafın insanların birbaşa həyatlarında, yaşayışlarında  hiss olunması ilə bağlı bir daha ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Seçicilər eyni zamanda, millət vəkilinə fəaliyyətinə görə təşəkkürlərini çatdırıblar.

Xüsusilə, seçiciləri maraqlandıran bir sıra problemlərin həllinə dəstəyin göstərilməsi, onların parlament müstəvisində dilə gətirilməsinə, konkret olaraq, Zərdab-Mollakənd avtomobil yolunun yenidən qurulması, 200 hektardan artıq əkinəyararlı torpaq sahəsinin suvarılması üçün su xəttinin çəkilməsi, Salahlı kəndindəki əkin sahələrinin suvarılması, Körpükənd kəndi ərazisindəki 4 km-lik yolun təmiri və su bəndinin  çəkilməsi,  Gəngəbil-Silyeli kəndlərindəki qazlaşdırımanın başa çatdırılması məsələsinin Nazirlər Kabineti, Meliorasiya və Su Təsərrüfatı ASC, SOCAR, “Azəriqaz” və digər qurumlar qarşısında qaldırılması və həllini tapması istiqamətində atılan addımlara görə minnətdarlıq bildiriblər.

Bununla yanaşı, qəbul zamanı bəzi məsələlərin həllində, o cümlədən, ödənişli təhsil, qaraciyər nəqli məsələsində yardım göstərilməsi və bununla bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılması yönündə xahişlər dilə gətirilib.

Millət vəkili saytımıza açıqlamasında qısaca olaraq, görüş-qəbuldan mənmununluq duyduğunu, bu cür təmasların vacib olduğunu bildirib.

Qeyd edib ki, hər görüş və qəbul zamanı insanların problemlərin həll olunmasına, qaldırılan məsələlərin bir-bir həllini tapmasına yönəlik fikirlərin onların öz dilindən  eşidilməsi, səsləndirilməsi,  insanların üzündə sevinc hisslərinin sezilməsi çox müsbət və xoş təəssürat yaradır.

“Əvvəllər görüş-qəbula gələn insanlar daha çox problemlərdən, qaz, işıq, su, yol məsələlərindən danışır, onların həllini dilə gətirirdilər.  Yəni, bu yöndə narahatlıqlar ifadə olunurdu. Son illər isə demək olar ki, artıq bu məsələlərlə bağlı şikayətə gələn, nazarızılıq edən olmur. Çünki ölkənin hər bir yerində olduğu kimi, seçildiyim dairəyə daxil olan hər iki rayonda da bu məsələlərlə bağlı problemlər öz həllini tapıb.

Düzdür, qazlaşdırma ilə bağlı müəyyən məsələlər qalır,  yəni, Zərdabın 80 faizi qazlaşdırılsa da, amma bəzi kəndlərdə qazlaşdırmayaya ehtiyac var  və inanıram ki, onlar da tezliklə həllini tapacaq.  Bununla belə, bütün hallarda inkişaf, tərəqqi özünü göstərməkdə, insanların həyatında hiss olunmaqdadır.

Bu, çox sevindirici və qürurvericidir, bunlar həm də ölkəmizin sosial rifah dövlətinə çevrilməsi yönündə ölkə Prezidentinin atdığı addımların, islahatlar prosesinin tərkib hissəsidir.

İnsanlar bütün bunlara görə Azərbaycan dövlətinə, ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edir, yeridilən siyasətə dəstək verdiklərini və verəcəklərini bildirirlər. Həm də son illərdə onlar tərəfindən məsələlərin asidiyyatı orqanlara, Nazirlər Kabinetinə, “Azərişıq”, “Azəriqaz” və digər dövlət qurumlarına çatdırılmasında, onların həllini tapmasında bir millət vəkili kimi  mənə də öz minnətdarlıqlarını, razılıqlarını səsləndirdilər.

Son görüş-qəbulda da məhz belə oldu. Bunları eşitmək çox xoş və qürurverici idi…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

 

Read Previous

YAP Siyasi Şurası və İdarə Heyətinin növbəti iclası-NAMİZƏDLƏRİN ELANI NƏ VAXT OLACAQ?

Read Next

“YAP seçkilərin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri həyata keçirib” – ƏLİ ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir