İnsanları mitinqlərə çağıranların övladları, görəsən, müharibə olsa, gedəcəklərmi?… – DEPUTAT

Siyavuş Novruzov: Qarabağla bağlı mitinq keçirənlər insanların heysiyyatı ilə oynamasınlar

Millət vəkili Siyavuş Novruzov Qarabağ məsələsi ilə bağlı bəzi qüvvələr tərəfindən etiraz aksiyalarının keçirilməsini sərt tənqid edib

Etikxeber.az xəbər verir ki, bu haqda fikirlərini parlamentin oktyabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı dilə gətirən millət vəkili bildirib ki, əslində bunlar erməni dəyirmanına su tökməkldir.

meclis-5

Onun sözlərinə görə, Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedir və bu məsələdə də bütün səlahiyyət ölkə prezidentinindir:

“Mintinq keçirənlər belə əcayib arqumentlər gətirirlər ki, bəs Qarabağ məsələsi ilə bağlı cənab prezidntə hansısa təzyiqlər və onlar da bu təzyiqlərin qarşısını almaq istəyirlər… Bu, nə arqumentdir? Azərbaycan xalqı prezident seçkilərində cənab prezidentə mandat, səlahiyyət verib və Qarabağ məsələsində bütün səlahiyyət onun üzərindədir. Özü də cənab prezident özü ən sərt şəkildə mövqeini ortaya qoyub. Amma bunlar gülüş arqumentlərlə ortaya düşüblər. Qarabağ Azərbaycanındır. Bu məsələdə sənin, mənim məsələsi yoxdur. Biz Qarabağ məsələsində sülh danışıqlarına üstünlük veririk. Amma lazım gəlsə, torpaqlarımızı digər vasitələrlə də azad edəcəyik. İndi insanları mitinqlərə çağıranların övladları, görəsən, müharibə olsa, gedəcəklərmi?.. .Onlar insanların heysiyyatı ilə oynamasınlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“İndi nə Stalin dövrü, nə 37-ci ildir…” – MİLLƏT VƏKİLİ

Read Next

Sərnişindaşıma xidməti ilə məşğul olan sahibkarlar barədə ciddi cəzalar olsun – TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir