“İnsanların işini çətinləşdirməyək” – VAHİD ƏHMƏDOV

Vahid Əhmədovdan etiraz: Lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir

Lombard rəhbərləri camaatı incidirlər.

Etikxeber.az  xəbər verir ki, bu fikir “Lombardlar haqqında”  yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında  müzakirəsi zamanı səsləndirilib.

Qeyd edək ki, ümumiyyətlə, qanun layihəsi deputatların narazılığına səbəb olub.

Deputat Vahid Əhmədov müzakirələr zamanı bildirib ki, Azərbaycanda vətəndaşlar lombardların fəaliyyətindən narazıdır.

“Lombardlarla bağlı çoxlu şikayətlər daxil olur. Lombard rəhbərləri camaatı incidirlər. Ona görə də,  belə bir qanun layihəsinin olması vacib idi. Ancaq bu qanun layihəsi yetərli deyil.  Bu layihədə düzəldilməli olan bir çox məsələlər var. Belə bir layihəni biz parlamentə bu cür şəkildə buraxan deyilik. Prezident bəyəm qanun oxuyur?! Hər şeyi prezidentin üstünə atmayaq. Vaxt verək, Maliyyə Bazarlarına Nəzarət Palatası layihəni yenidən hazırlasın. Təkcə lisenziyanın verilməsi ilə bağlı layihədə 3 maddə verilib. Buna nə gərək var?  Biz bilirik ki, lombardlara müraciət edən adamlar kasıb insanlardır. Tez müddətdə onlar qiymətli əşyalarını qoyub pul götürmək istəyirlər. Ancaq layihədə qeyd olunur ki, müqavilə, qəbz digər üsullardan istifadə olunmalıdır.  Daha sonra  layihədə qeyd olunur ki,   lombard verilmədiyi halda vətəndaş məhkəməyə müraciət edə bilər.  Niyə görə son zamanlar bu qurumlar vətəndaşı məhkəmələrə yönləndirir?  Biz elə etməliyik ki, insanların işini çətinləşdirməyək. Çünki bu lombardlarla bağlı məsələdə biabırçılıq baş alıb gedir. İnsanların 100 min manatlıq əşyalarını 5000 manat dəyərində qiymətləndirirlər”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkillərindən Əli Məsimli ilə İlham Əliyev də qanun layihəsini sərt tənqid ediblər.

Hər iki millət vəkili qanun layihəsinin yenidən hazırlanmasını və təkmlilləşdirməsini təklif ediblər.

Deputat Rüfət Quliyev isə bildirib ki, imkansız insanlar öz qızıl əşyalarını lombarda qoyub pul götürürlər:

rufet

“Ancaq pul ödəyib bitəndən sonra insanlar dələduzluq faktlarına məruz qalırlar. Kiminsə qızıl əşyasının qaşı götürülüb dəyişdirilir və.s hallar baş verir. Bu zaman məsuliyyəti kim daşıyır? Bunu qanun layihəsi müəyyən edə bilibmi?”.

İlham Əliyev də öz növbəsində bildirib ki, lombard qara bazar kimi fəaliyyət göstərir: “Onların nə müqavilələri, nə də notarial qaydada sənədləri var. Onlar müştərilərin əşyalarını düzgün qiymətləndirmirlər. Gəlin o zaman müştərinin zinət əşyasını qiymətləndirən ekspertə də lisenziya verək. Elə etmək lazımdır ki, lombardlar insanların əşyalarına müdaxilə edə bilməsinlər. Onları möhürləyib saxlayıb lazımdır. Bilirsiniz, əsas məsələləri qıraqda qoyub, ikinci dərəcəli məsələləri bizim müzakirəmizə gətirib təqdim etmisiniz”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Birlikdə etirazımızı bildirməliyik” – MƏLAHƏT İBRAHİMQIZI ÇAĞIRIŞ ETDİ

Read Next

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin idxalı və satışı ƏDV-dən azad olunur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir