“İnsanlarla görüşdükcə bir daha necə böyük xalq olduğumuza sevindim” – NÜŞABƏ SADIXLI

Həqiqətən də insanlarla görüşdükcə bir daha necə böyük xalq olduğumuza sevindim. Sevincim həm də insanların Müsavat Partiyasına olan inamı ilə bağlıdır.

Etikxeber.az xəbər verir ki, bunu tanınmış ziyalı, Müsavat Partiyasının Məclis sədri və sözügedən təşkilatın 33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa namizədi Nüşabə Sadıxlı deyib.

O, sonra qeyd edib:

“Xalqım məni tanımasa, məyus olmaram, mən xalqımı tanımasam, məyus olaram” (Konfutsi).

Yaxşı ki, mən xalqımı tanıyıram, onun müdrik, alicənab, yaxşını pisdən seçməyi bacaran bir xalq olduğuna əminəm.

Əminəm ki, seçimini düzgün edəcək, yanında və arxasında olanlara səs verəcək.Müsavatçılara səs verəcək” .

Qeyd edək ki, adıçəkilən dairəni parlamentdə yazıçı Hüseynbala Mirələmov təmsil edir və hazırda da həmin dairədən deputatlığa namizəddir.

Həmçinin, AXCP-nin keçmiş liderlərindən və Xətainin sabiq icra başçılarından olan Zəlimxan Məmmədli həmin dairədən deputatlığa namizəddir.

Etikxeber.az

Read Previous

Aydın Mirzəzadə seçicilərlə görüşlərini-DAVAM ETDİRİR – FOTOLAR

Read Next

AŞPA-DA-“20 YANVAR” MÜZAKİRƏLƏRİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir