Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnsanların, xüsusilə, siyasilərin heç zaman hansı düşərgəyə mənsub olması, hansı düşərgəni təmsil etməsi mənim üçün o qədər də önəm kəsb etməyib…
Mənim üçün onların İnsanlıqları, insani dəyərlərə üstünlük vermələri, İnsanlıqlarında sabitqədəm olmaları mühüm önəm, əhəmiyyət kəsb edib və bu gün də belədir…
Siyasilərin fikirləri, düşüncələri, baxışları, əqidələri müxtəlif ola bilər, bunlara da hörmətlə yanaşmaq lazımdır, demokratiyanın elə mühüm göstəricilərindən biri də budur…
Amma İnsanlıq dəyişilməzdir və dəyişilməz qalmalıdır…
Burada ikinci bir yol yoxdur!
…İnsanlığına hər zaman hörmət etdiyim siyasilərdən biri də millət vəkili, partiya sədri Qüdrət bəydir, Qüdrət Həsənquliyevdir…
Düzdür, bəzi məsələlərə yanaşmasını qəbul etməsəm də, bəzi fikir və düşüncələrini bölüşməsəm də, Onun İnsanlığına hər zaman böyük hörmətim və etimad olub və var…
…Onu da qeyd edim ki, Qüdrət bəyi aşağı-yuxarı, əyani-qiyabi 35 ilə yaxındır tanıyıram…
İstər millət vəkilliyindən öncə, istərsə də millət vəkili olduğu ötən illərdə dəfələrlə çoxsaylı müsahibələr, gündəmlə bağlı açıqlamalar almışam…
Hər zaman da müsahibə, açıqlama almaq istəyimə səmimiyyətlə yanaşıb və bir dəfə olsun belə “yox, olmaz” deməyib…
Bütün suallarımı da necə lazımdırsa, cavablandırıb…
…Və qeyd etmək istədiyim məqam(lar)ın üstünə gəlirəm, qayldıram…

İki dəfə-birinci dəfə 2006-cı ilin sentyabrında, ikinci dəfə isə 2014-cü ilin iyununda səhv etmirəmsə-Qüdrət bəydən mənim üçün çox vacib olan iki məsələ ilə bağlı xahiş etmişdim…
Bəlkə də başqaları olsaydı, məni yola verərdi, “mənlik deyil…”-deyərdi, “siyasətçi”lik edərdi…
Amma Qüdrət bəy hər ikisində də xahişimi səmimiyyətlə qəbul etdi və tez bir zamanda da həllinə nail oldu…
…Eyni zamanda, 2016-cı ildə övladımın kiçik toyuna özü gələ bilməsə də, nümayəndəsini göndərmiş və el dili ilə desək “nəmər” yazdırmışdı…
Söhbət-tam səmimi deyirəm-“nəmər”dən, puldan getmir, İnsanlıqdan, dəvətimi qəbul etməkdən gedir…
Və bir daha mənim üçün tam yəqin oldu ki, Qüdrət bəy İnsani dəyərləri üstün tutan azsaylı siyasət adamlarındandır, insanlıqla “siyasət”i, “siyasətçi”liyi qarışdırmayanlardandır…
…Sabah, 29 yanvar tarixində Qüdrət bəyin doğum günüdür, maşallah, yaşından çox cavan görünsə də, 60 yaşı tamam olur…
Düzünü deyim ki, millət vəkil, dəyərli Elçin bəy, Elçin Mirzəbəyli fb statsunda yazmasydı, xəbərim olmayacaqdı…
Sağ və var olsun ki, yazıb…
Odur ki, mən də fürsətdən istifadə edib dəyərli Qüdrət bəyi yeni yaşı, 60 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ona ictimai-siyasi fəaliyyətində, şəxsi həyatında uğurlar arzulayıram!
Yüz il sağlıqlı ömür yaşasın!
Doğum günü mübarək olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az saytının rəhbəri