İnsanov siyasətlə məşğul olsun, olmasın? – FİKİRLƏR BİRMƏNALI DEYİL

Əli İnsanovu kimlərin nə məqsədlə şişirtdiyini bilmirəm. Ancaq onu nə qədər şişirsələr də, Azərbaycanın siyasi həyatındakı yeri və rolu sıfıra bərabərdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı mətbuata açıqlamasında bildirib.

ALIK INSANOV

Qeyd edib ki, Ə. İnsanov korrupsioner  və mənsub olduğu komandaya xəyanət edən, hakimiyyəti zorla ələ keçirməyə çalışan bir şəxsdir.

fazail_agamali_141015

“O, vaxtilə həbs olunanda elədiyi cinayətə görə bağışlanması üçün ölkə prezidentinə yalvarmışdı. İndi həbsxnadan çıxandan sonra özünü aqressiv şəkildə ifadə edir, cəmiyyətə fərqli görünmək istəyir. Onun ətrafında müəyyən səbəblərə görə aiotaj yaratmağa çalışırlar. Lakin mənim tam inamım bundan ibarətdir ki, bu gün Azərbaycan siyasətində Əli İnsanovun  yeri yoxdur və heç bir perspektivi də gözlənilmir”-deyə, millət vəkili sözlərinə əlavə edib.

ELDENIZ-1

Millət vəkili Eldəniz Səlimov öncə bildirib ki, korrupsiya əməllərinə görə həbsə atılmış, haqq etdiyi cəzasını almış və ölkə prezidentinin böyük humanizmi, məhrəməti nəticəsində əfv edilərək, azadlığa buraxılmış keçmiş səhiyyə nazirinin həbsdən çıxdıqdan sonrakı addımları və davranışları onun tam mənada islah olunmadığını nümayiş etdirir.

ELDƏNİZ SƏLİMOV: Nə edirlər, etsinlər, hansı rəngdən, rəngə düşürlər, düşsünlər, Azərbaycan cəmiyyətindəki “obrazlarını” yaddaşlardan, beyinlərdən, düşüncələrdən silə bilməyəcəklər… 

“Görünən budur ki, İnsanov soyadlı şəxs islah olunmayıb, etdiyi səhvlərdən, buraxdığı xətalardan dərs çıxarmayıb, yol verdiyi, törətdiyi cinayət əməllərindən peşman olmayıb. Əgər olsaydı, son dərəcədə hikkəli, ambisiyalı, iddialı fikirlər sözləməz, ən əsası və yumşaq şəkildə desək, ədalətsiz mövqe nümayiş etdirməzdi. Əli İnsanov nə ABŞ-ın, nə Qərbin, nə Avropa təsisatlarının təzyiqi, təsiri ilə əfv edilib, o, məhz Azərbaycan prezidentinin yüksək humanistliyi, mərhəməti, rəhmi sayəsində bağışlanılıb, əfv edilib. Bunu onun özü də yaxşı bilir. Onu da yaxşı bilir ki, Azərbaycanla, dövlət başçısı İlham Əliyevlə kimsə təzyiq, təhdid dilində danışa bilməz. Bunlar mümkün olan məsələlər deyil. Ancaq Əli İnsanov və onun kimilər özlərini bilməməzliyə, görməməzliyə vururlar, hər zaman olduğu kimi, növbəti dəfə yanlışlıqlarını, xətalarını davam etditirlər. Etdirsinlər, özləri bilər, ziyanını çəkən yenə onlar özləri-əli insanovlar olacaq. Artıq Azərbaycan cəmiyyətini aldatmaq, onun gözünə kül üfürmək mümkün deyil. Azərbaycan xalqı və cəmiyyəti müdrikdir, kimin kim olduğunu yaxşı ayırd edir, təmizi də tanıyır, ləkələri heç zaman üzərlərindən getməyəcəkləri də. Bu baxımdan, Azərvaycan siyasətində Əli İnsanov kimilərinə artıq yer yoxdur. Onlar bitmiş, tükənmiş insanlardır. Ən əsası da ortada unudulması, gözardı edilməsi, gizlədilməsi mümkün olmayan və olmayacaq faktlar, məqamlar mövcuddur. Vəzifə səlahiyyətlərindən sui-istifadələr, dövlətin milyonlarını mənimsəmələr, görünməmiş korrupsiya əməlləri, korrupsiya cinayətləri və sair və ilaxır. Bunu Əli İnsanov kimi korrupsionerlər unuda bilər, amma Azərbaycan cəmiyyəti unutmayıb və heç zaman da unutmayacaq. Onlar nə edirlər, etsinlər, hansı rəngdən, rəngə düşürlər, düşsünlər, Azərbaycan cəmiyyətindəki “obrazlarını” yaddaşlardan, beyinlərdən, düşüncələrdən silə bilməyəcəklər. Ömür böyü korrunsiner, dövlət əmlakını yeyib-dağıdan insanlar kimi yaddaşlarda qalacaq, o cür xatırlancaqlar…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

GÜLTƏKİN HACIBƏYLİ: Kimin siyasətdə qalacağını, kimin siyasətdən gedəcəyini xalq müəyyən edir

Sabiq millət vəkili Gültəkin Hacıbəyli ilə isə “Əli İnsanov siyasətdən getməlidir” tələbi ilə heç cür razılaşmır:

gulyatekin

“Kimin siyasətdə qalacağını, kimin siyasətdən gedəcəyini xalq müəyyən edir və o xalq heç kimi öz səlahiyyətlərinin bir hissəsi ilə vəkalətləndirməyib ki, mənim adımdan “filankəs xalqdan üzr istəsin”, “filankəs siyasətdən getsin” tələbini irəli sürsün”…Kimin siyasətdə qalmasına və ya siyasətdən getməsinə demokratik seçkilərdə yalnız və yalnız xalq qərar verə bilər. Siyasi fəaliyyətlə məşğul olmaq hüququ vətəndaşın ən önəmli pozitiv hüquqlarındandır və bu hüququ onun əlindən almaq, onun Azərbaycan Konstitusiyası və Avropa Konvensiyası ilə qorunan hüquq və azadlıqlarını məhdudlaşdırmaqdır… Siyasi mənsubiyyətindən, siyasi keçmişindən və ya bugünkü statusundan asılı olmayaraq korrupsiya və ya başqa cinayətlərə bulaşmış şəxslər müstəqil məhkəmələr tərəfindən mütləq yarğılanmalıdır. Lakin cəzasını çəkmiş insanların belə siyasi fəaliyyətlə məşğul olmaq hüququ var və burada söz, yenə də əlahəzrət xalqındır…”.

Etikxeber.az

Read Previous

ABŞ-ın dövlət katibi Azərbaycan xalqını təbrik etdi

Read Next

“ONA MƏN QƏRAR VERMİRƏM…” – Nazir – Foto

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir