İntensiv qar yağacaq, şaxta olacaq-PROQNOZ

Dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Mİlli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Bakıda gecə 1° şaxtadan 1°-dək isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-7° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Etikxeber.az

Read Previous

XİN azad olunmuş ərazilərin adlarının təhrif edilməsi ilə bağlı “Google” şirkətinə-MÜRACİƏT ETDİ

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi Mikayıl Əlibəylinin Cənnətdəki ikinci ad günü: 29 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ŞƏHİD CƏFƏR ELYASOVUN BACISI HALALLIQ ALDI, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir