İntensiv yağış yağacaq, şimşək çaxacaq-SABAH

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə  6-8 dərəcə isti, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacaq.

Bakıda gecə 6-8 dərəcə  isti, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 745 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Martın 24-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz  13-18 dərəcə  isti,  dağlarda  gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoz

Martın 24-də Abşeron yarımadasında meteoroloji amillərin  mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Etikxeber.az

Read Previous

XİN Pakistan xalqını-TƏBRİK ETDİ…

Read Next

Daha 1333 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir