Bakı-Quba yolunda avtomobil yanıb.
Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.
Məşqçi Zöhrab Mahmudov APA-ya bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.
Etikxeber.az